Uşaq ürəkləri Qarabağda döyünür

 

Ağdam rayonunun Quzanlı qəsəbəsində bu deviz altında yüksəkixtisaslı həkim briqadası 250 uşağı müayinə etmişdir

 

Qaçqın məcburi köçkünlərin problemlərini fəaliyyətində prioritet olduğunu dəfələrlə bəyan edən bu istiqamətdə zəruri tədbirlər görən Prezident İlham Əliyevin tapşırıq tövsiyələrinə uyğun olaraq sosialyönümlü layihələr uğurla reallaşmaqdadır. Noyabr ayının 1-2-də Ağdam rayonunun Quzanlı qəsəbəsində həyata keçirilən növbəti sosial layihə bölgə sakinləri tərəfindən minnətdarlıqla qarşılanmış, əhalidə yüksək əhvali-ruhiyyə doğurmuşdur. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Uşaq ürəkləri Qarabağda döyünürdevizi altında xeyriyyə aksiya keçirilmişdir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Ağdama ezam olunmuş mobil səyyar hospitalının yüksəkixtisaslı həkimləri peşəkar tibb personalı 2 gün ərzində Qarabağın 250 nəfər balaca sakinini tibbi müayinədən keçirmişlər. 20 nəfərin daxil olduğu həkim briqadasına Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrubi Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov rəhbərlik edir. Elə ilk müsahibimiz doktor Rəşad Mahmudov oldu. O dedi:

- Dövlət başçısının müvafiq sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiyaçərçivəsində həyata keçirilən bu lahiyə ölkəmizin regionlarında əhali arasında ürək-damar xəstəliklərinin erkən aşkarlanması müalicəsində böyük əhəmiyyət kəsb edir. Belə ki, vaxtında aşkarlanmış xəstəliklərin müalicəsi daha effektli olub, müsbət nəticələr verir. Ağdamda 2 gün davam edən bu xeyriyyə aksiyasının məntiqi nəticəsi hər kəsdə bir məmnunluq, könül rahatlığı yaradır. Biz hər zaman öz vətəndaşına sahib çıxan, onun qayğılarıyla yaşayan bir dövlətin uğurla reallaşdırdığı sosial siyasətin sadəcə icraçılarıyıq. Burada müayinə etdiyimiz uşaqların çöhrəsindəki məsumluq, onların valideynlərinin minnətdarlıq dolu baxışları çəkdiyimiz zəhməti unutdurur, qəlbimizi qürur hissi ilə doldurur.

Söhbətimizi müayinədən keçirilən uşaqların valideynləri ilə davam etdirdik. Şəhid atası Eldar Əhmədov dedi:

- Bizə hər zaman xüsusi diqqət qayğı göstərən Prezident İlham Əliyevə minnətdarlığımızın həddi-hüdudu yoxdur. Dövlətdən hər zaman qayğı görür bundan məmnunluq duyuruq. Yeni yaşayış qəsəbələri rahat yollar, müasir tipli məktəblər, xəstəxanalar, fasiləsiz verilən su, işıq, qaz, yeni açılan yerləri firavan həyatımızı təmin edən dövlət qayğısının tərkib hissəsidir. Ağdam camaatı hər zaman dövlətə, Prezidentə sədaqətli olmuşdur. Bu gün dövlət başçısının ətrafında sıx birləşmişik. Bizdəki bu yenilməz inam Prezident İlham Əliyevin yeritdiyi müdrik siyasət sayəsində formalaşmışdır.

Eldar kişinin söhbətinə ağdamlı məcburi köçkünlər Xəyyam Mirzəyev, Məhəmmədəli Ələkbərov, Səbuhi Quliyev qoşuldular. Onlar da bu xeyirxah aksiyanı dönə-dönə vurğulayıb, bu tədbirin zəhmətini çəkənlərə minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Mərkəzi Gömrük hospitalının həkimləri EXO, USM, EKQ digər müasir tibb avadanlıqları ilə səhhətində problem aşkarladıqları uşaqların valideynlərinə məsləhətlər verib, müvafiq müalicələr təyin etmişlər.

"Uşaq ürəkləri Qarabağda döyünürdevizi altında keçirilən bu aksiyada məqsəd cəbhə bölgəsində yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinəsinə, elecə məcburi köçkünlərin yaşadıqları ərazidə yüksəkkeyfiyyətli səhiyyə xidmətindən yararlanmasına imkan yaratmaqdır.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.-3 noyabr.- S.5.