İslahatlara yeni impuls verilir

 

Prezident İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir daha çevik idarəetmə formasının yaradılması istiqamətində ciddi addımlar atır

 

"İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır”.

Bu fikirləri Prezident İlham Əliyev Yevlax Xaçmaz rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən söylədi. Bir müddət öncə "İslahatlara alternativ yoxdur "Kadr islahatları labüddür, qaçılmazdırfikirlərini səsləndirən dövlət başçısının atdığı addımlar daha çevik idarəetmə formasının yaradılması istiqamətində görülən işlərin davamıdır. Çünki ölkəmizdə uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır bu tərəqqinin geniş vüsət almasında kadr islahatlarının rolu böyükdür.

Xatırladaq ki, bir müddət öncə Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə ölkə rəhbəri bu məsələlərə toxunmuşdu. Dövlət başçısı vurğulamışdı ki, islahatlar kursu Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması, vətəndaşların tam iştirakı ilə qurulması dövlətin iradəsidir bu iradəyə qarşı çıxanlar cəzalandırılacaq.

Həm iqtisadi, həm struktur islahatların konturlarını elan edən İlham Əliyevin islahatlar kursu dövlət idarəçilik sisteminin struktur islahatlarından, idarəçilik sisteminin təkmilləşdirilməsindən başladı. Bəzi dövlət qurumları ləğv edildi, bir neçəsi ayrıca xidmət kimi digərlərinə birləşdirildi həmin təşkilatlarda çalışan insanlar müvafiq sahələrə yerləşdirildi.

Dövlət idarəçiliyi sistemini daim təkmilləşdirən bu istiqamətdə düşünülmüş addımlar atan cənab İlham Əliyev bu qərarları verərkən xalqın dövlətin maraqlarını, milli mənafeləri nəzərə alır. Prezident hesab edir ki, XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza atmaq qeyri-mümkündür. Yeni vəzifəyə təyin edilən gənc kadrlar savadlı, bilikli olmaqla yanaşı, vətənə bağlı, hər hansı bir xarici təsirdən azad vətənpərvər olmalıdırlar ki, ölkənin inkişafı üçün öz səylərini göstərə bilsinlər. Bu, ilk növbədə dövlət rəhbərinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin əyani təzahürüdür.

Lakin Prezident eyni zamanda qeyd etdi ki, məqsəd yaşlı nəslin vəzifədən uzaqlaşdırılması ya gənclərin vəzifələrə gətirilməsi deyil. Əsas məqsəd işinin öhdəsindən gələ bilməyənlərin, vəzifəsini düzgün yerinə yetirməyənlərin işindən uzaqlaşdırmaqdır. Hazırda ölkəmizdə çox təcrübəli, işinin öhdəsindən yüksək səviyyədə gələn yaşlı kadrlar var gənc nəsil onların təcrübəsindən bəhrələnməli, öyrənməlidir.

Qeyd edək ki, bu proses sadəcə kadrların dəyişməsi deyil, həm idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsidir. Prezidentin vəzifələrə təyin etdiyi insanları qəbul etməsi, onlara tövsiyə, tapşırıqlar verməsi ictimaiyyətə çatdırılır. Prezident qəti şəkildə bəyan edir ki, vəzifəsinin öhdəsindən gələ bilməyən, etimadı doğrultmayanlar işdən azad ediləcək cəzalandırılacaqlar. Bu da həmin kadrların məsuliyyət hissini artırır.

Oktyabrın 31-də Yevlax Xaçmaz rayonlarına təyin olunan yeni icra hakimiyyəti başçılarına tapşırıqlar verərkən Prezident digər məmurlara da çatdırdı ki, daim vətəndaşlarla ünsiyyət əsnasında rayonun problemlərini vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlidirlər: "Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır”.

Göründüyü kimi, cənab İlham Əliyev ölkəni yeni mərhələyə - daha müasir ölkə, daha çevik idarəetmə, daha gənc kadrların öhdəsində olan dövlət modelinə keçirir. Onu da vurğulamalıyıq ki, dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi ənənəsi hər zaman mövcud olub. Gənclərin indiki mərhələdə rəhbər vəzifələrə irəli çəkilməsində uzun illər baza formalaşdırılıb, uğurlu siyasət həyata keçirilib.

Noyabrın 1-də dövlət başçısının sərəncamı ilə Samir Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi bir daha təsdiq etdi ki, cənab İlham Əliyev gənc nəslə şans verir, onlar üçün fəaliyyət meydanı yaradır.

Prezident çağırışların tələbinə uyğun olaraq yeni baxışlı, yeni dünyagörüşlü yanaşmaları özündə təcəssüm etdirən əvvəlki işində bunu göstərən şəxsləri vəzifəyə təyin edir. Bu proseslər həqiqətən cənab İlham Əliyevin siyasi əzmkarlığına dəlalət edir. Bütün bunlar isə deməyə əsas verir ki, islahatçı Prezidentin verdiyi qərarlar Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfə verəcək. İslahatlara şahidlik edən ölkə ictimaiyyəti dövlət idarəetmə sistemində həyata keçirilən prosesləri, xüsusən gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsini təqdirəlayiq hal kimi qiymətləndirir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 5 noyabr.-  S. 1; 3.