Radio və televiziya işçilərinin
peşə bayramı qeyd edilib
Son vaxtlar efir məkanında bir-birindən maraqlı layihələri, verilişləri ilə tamaşaçıların diqqətini cəlb edən, istedadlı jurnalist Rövşən Məmmədovun sədrlik etdiyi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 4-də Akademik Opera və Balet Teatrında tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov radio və televiziya günü münasibətilə teleradio işçilərini təbrik edib. Prezidentin köməkçisi teleradio fəaliyyətinin Azərbaycan mədəniyyətinin güzgüsü olduğunu bildirib. Qeyd edib ki, teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin və incəsənətinin formalaşmasında mühüm rol oynayıb. Teleradio, eyni zamanda, Azərbaycanın siyasi salnaməsini yaradır və onun ən yaxşı nümunələrini dünyada tanıdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin teleradio fəaliyyətinə böyük önəm verdiyini vurğulayan Əli Həsənov deyib ki, Azərbaycanda teleradio fəaliyyəti mühüm inkişaf yolu keçib, xüsusilə də müstəqillik illərində bu sahə xeyli inkişaf edib. Teleradio fəaliyyəti ilə məşğul olan insanlar Azərbaycan dövlətinin milli, tarixi, mədəni salnaməsini yaradırlar. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Azərbaycanda mətbuat üzərindən senzuranı götürməsi teleradio fəaliyyətinin inkişafına da mühüm təsir göstərdi. Bu gün Azərbaycanda kifayət qədər müstəqil teleradio kampaniyaları fəaliyyət göstərir. Bu teleradio kampaniyaları müasir texnologiyalar və avadanlıqlarla təmin olunub və dünyanın qabaqcıl teleradio kampaniyaları ilə rəqabət aparmaq qabiliyyətindədir. Teleradio kampaniyaları bu gün Azərbaycanı, ölkəmizin mədəniyyətini həm regionda, həm də dünyada layiqincə təbliğ edir.
Milli Televiziya və Radio
Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov
deyib ki, Azərbaycanda
teleradio fəaliyyəti ən mühüm fəaliyyət sahələrindən
birinə çevrilib. Azərbaycanda radionun yaranmasından 93, televiziyanın
yaranmasından isə 63 il keçir.
Sovet dövründə məhdudiyyətlərə
baxmayaraq, o zaman Azərbaycanın görkəmli mədəniyyət
və incəsənət xadimləri teleradio
sahəsində gözəl bədii mühit
yaratmağı bacarmışdılar. Müstəqillik illərində
Azərbaycanda özəl televiziya
kanalları yarandı və teleradio sahəsinə
bir zənginlik gəldi. Bu
sahədə çalışan insanlar da çoxaldı. Kabel, internet, peyk, mobil yayım növləri fəaliyyətə
başladı. Eyni zamanda,
Azərbaycanda ixtisaslaşmış telekanallar
meydana gəldi. Mədəniyyət, idman, xəbər kanalları yarandı və bu, teleradio sahəsində
çox ciddi bir uğurdur. Bir sözlə, bu gün Azərbaycanın teleradio
palitrası olduqca zəngindir. Ümummilli lider Heydər
Əliyevin teleradio sahəsinə göstərdiyi
diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan.-
2019.-5 noyabr.- S.3.