Qətərin Baş Nazirinin müavini: “Azərbaycanla
hərtərəfli əməkdaşlıqda
maraqlıyıq”
İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun Dohada keçirilən nazirlər iclası çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Baş Nazirinin müavini və Xarici İşlər naziri Şeyx Mohammed bin Abdulrahman Al-Tani ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimizin əməkdaşlıq gündəliyinə daxil olan bir sıra məsələlər, o cümlədən ticarət və sərmayə sahəsində birgə səylərin artırılması yolları müzakirə olunub.
Nazir Elmar Məmmədyarov həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat və kommunikasiya layihələri barədə məlumat verib. Həmçinin Qətər Dövlətinin bu imkanlardan faydalanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Şeyx Mohammed bin Abdulrahman Al-Tani ölkəsinin Azərbaycan ilə hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Tərəflər həmçinin
qarşılıqlı maraq doğuran regional məsələləri
müzakirə ediblər.
Azərbaycan.-
2019.- 5 noyabr.- S.3.