2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndələrinin qeydə alınması
haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar № 11/48
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının 2019-cu il 1 noyabr tarixli iclasının qərarları ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
1.1. səlahiyyətli nümayəndələr:
Laşa Zazayeviç Poladaşvili
Felmar Əli oğlu Ələkbərov
Seyhun Şakir oğlu Əsədli
Gülnar Faiq qızı Hüseynova
Real Əliqulu oğlu Cəfərli
Tatyana Petrovna Fətullayeva
Nəsimi Çərkəz oğlu Şərəfxanlı
Lamiyə Məhərrəm qızı Kərimova
Elman Tahir oğlu Əliyev
Mehman Şərif oğlu Sevindikov
İqbal Cankişi oğlu Adişov
Günay Vadil qızı Nərmanova
1.2. maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Xantural Nəsimi oğlu Şərəfxanlı
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
05.11.2019-cu il
Azərbaycan.-
2019.- 6 noyabr.- S.6.