Türkiyənin yüksək səviyyəli hərbi
nümayəndə heyəti Heydər Əliyev adına Ali Hərbi Məktəbdə olub
Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi general-polkovnik Metin Gürakın başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin məktəbin ərazisində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib.
Sonra qonaqlara hərbi məktəbin tarixinə, təlim-tədris prosesinə və ümumi fəaliyyətinə dair ətraflı brifinq təqdim edilib.
Nümayəndə heyəti
hərbi təhsil ocağının kafedralarında tədris
vəsaitləri, maddi-texniki və hərbi
təyinatlı digər vasitələrlə yaxından
tanış olub. Qonaqlara
ixtisas fakültələrinin döyüş texnikası, təlim
trenajorları, atıcı silahlar və
digər hərbi avadanlığı barədə ətraflı
məlumat verilib.
Azərbaycan.- 2019.- 7 noyabr.- S.3.