Mirzə Şəfi
Vazehin kitabı Berlində təqdim edildi
Müəllimi ona Şərq poeziyasının
sirlərini öyrətdi,
məşhur olub varlanmasına öz töhfəsini verdi,
o da müəlliminə
xilaf çıxmadı,
onu alman oxucusuna təqdim edərək Avropada tanıtdı. Söhbət
görkəmli Azərbaycan
şairi Mirzə Şəfi Vazehdən və onun alman
tələbəsi Fridrix
fon Bodenştedtdən
gedir.
Noyabr ayının
1-də "Xalq Bank”ın,
"Q Gallery Berlin”in və
Azərbaycanın Almaniyadakı
səfirliyinin birgə
təşkil etdikləri,
dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri - Humboldt
Universitetində keçirilən
konfrans "Xalq Əmanəti” layihəsi çərçivəsində yeni dərc olunan, Mirzə Şəfi Vazehin "Bütün əsərləri”nin
elmi ictimaiyyətə
təqdimatına həsr
olunmuşdur.
Humboldt Universitetinin
professoru Eva Maria Aux çıxışında
Mirzə Şəfi Vazehin yaradıcılığından,
özünəməxsus poeziyasından
danışdı. Vazeh yaradıcılığına
rəğbət nümayiş
etdirən alman
professor 3 dildə dərc
olunan yeni kitabı Mirzə Şəfi Vazehə layiq olduğu ehtiram, eyni zamanda
onun oxucularına qiymətli hədiyyə kimi təqdim elədi. Universitetin əsasən Şərq
ölkələri istiqamətində
çalışan müəllim
və tələbələrinin
toplandığı konfransda
həm məzmun, həm də tərtibat baxımından
nəfis kitabın təqdimatını yaddaqalan
hadisə kimi dəyərləndirdi.
Eva Maria Aux, tarixçi
alim: "Mənim fikrimcə, bu, təkcə xoş bir gün kimi
deyil, həm də vacib bir
hadisə kimi yadda qalacaq. Alman-Azərbaycan mədəniyyətlərarası
əlaqələrin möhkəmlənməsinin
növbəti nümunəsini
Mirzə Şəfi Vazeh və Fridrix
fon Bodentştedt
vəhdətində görürük.
Məncə, bu, ən uğurlu nümunələrdəndir.
Mirzə
Şəfi Vazehin kitabının 145 dəfə
alman dilində çap olunması faktının özü artıq heç bir şərhə yer saxlamır”.
Azərbaycanlı dilçi
alim, professor Fəxrəddin Veysəlli
isə öz çıxışında auditoriya
üçün Mirzə
Şəfi Vazeh yaradıcılığının maraqlı nüanslarını
izah etdi. Vazeh yaradıcılığının
Azərbaycan-alman mədəniyyətləri
arasında uğurlu körpü rolu oynadığını vurğulayan
Fəxrəddin Veysəlli
bu işdə Fridrix fon
Bodenştedtin də xüsusi rolunu qeyd etdi. Yeri gəlmişkən,
eyni fikirləri alman alimlərindən də eşitdik.
Almaniyanın nüfuzlu
tarixçi alimlərindən
biri, professor Udo Ştaynbax: "Mirzə Şəfi Vazehin yenidən və belə gözəl şəkildə alman dilində dərc olunması məni çox sevindirdi. Maraqlısı odur ki, Almaniyada Vazehin şeirlərini çox adam
sevə-sevə oxuyur,
amma müəllifi kifayət qədər tanımırlar. Mirzə Şəfi Vazeh
və Bodenştedtin yaradıcılıq əlaqələrindən
və bunun hər iki xalqa
verdiyi gözəl töhfələrdən də
kifayət qədər
məlumatları yoxdur.
Düşünürəm ki, bu kitab və onun
universitetdə təqdimatı
bu boşluğu doldurmaqda yardımçı
olacaq”.
Şübhəsiz ki, söhbət Mirzə Şəfi Vazehin kitabından, onun şeirlərindən gedirsə, deməli, təqdimat həm də ədəbi-bədii
müstəvidə də
olmalı idi. Təşkilatçılar
da bunu gözəl
bilirdilər və həmin hissəni "Q
Gallery Berlin” incəsənət mərkəzində qonaqlara
təqdim etdilər.
"Xalq Əmanəti”
layihəsinin rəhbəri
Rafiq Həşimov kitabın böyük bir kollektivin 5 ildən artıq müddətdə çəkdiyi
zəhmətin bəhrəsi
olaraq ərsəyə
gəlməsi barədə
məlumat verdi.
O, ədibin 225 illiyinə
təsadüf edən
kitabın layihə çərçivəsində artıq 18-ci nəşr olduğunu dedi və öncəki işlərin nümayiş
etdirildiyi stendi qonaqlara təqdim elədi. Mirzə Şəfi Vazeh
yaradıcılığıdan bəhs edən natiqlərin çıxışlarından
sonra isə növbə poeziya və musiqinin idi. Rafiq Həşimov və
alman aktrisa Kristiana Foqt şairin əsərlərini
Azərbaycan və alman dillərində səsləndirdilər. Vazeh poeziyasını
özündə əks
etdirən musiqi parçaları da qonaqların çox xoşuna gəldi.
Kristiana Foqt, aktrisa: "Maraqlıdır
ki, Vazehin şeirləri mənə
Höteni xatırlatdı.
Ona görə də sirli Şərq ədibinin əsərlərini
ilk dəfədən həvəslə
və asanlıqla səsləndirdim. Düzü, dil,
üslub, ritm baxımından mənə
bu qədər yaxın olacağını
düşünməzdim. Şeirlər ruhumu bütünlüklə
vəcdə gətirdi.
Etiraf edim ki, bu,
mənim üçün
gözlənilməz oldu”.
Çox gözəl
ab-havada keçən
gecənin yekununda isə yeni nəşrin
alman, Azərbaycan və rus dillərində
olan nüsxələri,
eyni zamanda "Xalq Bank”ın "Xalq Əmanəti” layihəsinin digər kitabları hədiyyə olaraq qonaqlara təqdim edildi.
Azərbaycan.- 2019.- 7 noyabr.- S.7.