Ləki-Qəbələ dəmir
yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Ləki-Qəbələ
dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 15
yanvar tarixli 890 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının 2019-cu il
dövlət büdcəsində
digər layihələr
üzrə dövlət
əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün
nəzərdə tutulan
vəsaitin bölgüsü”nün
1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin
45,0 (qırx beş) milyon manatı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 noyabr 2019-cu il
Azərbaycan.- 2019.- 8 noyabr.- S.1.