Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə noyabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiya 5 noyabr 2019-cu il tarixli iclas protokolunun təsdiq olunmasına qərar verilib.
Sonra 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı təsdiq edilib.
İclasdabələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə də baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra 5 020 287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.
MSK-nın iclasında, həmçinin bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və sözügedən partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda cari məsələlərə
də baxılıb.
Azərbaycan.-
2019.-8 noyabr.- S.6.