2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
seçki komissiyalarının səsvermənin
nəticələrinə dair yekun protokollarının hazırlanma
qaydası və sayı barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar №
12/51
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 100.1-100.6-cı maddələrinin
tələblərinə görə, səsvermə
protokollarının hazırlanması qaydası, mətni və
forması, onların sayı, hazırlanmasına aid tələblər
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının (Mərkəzi Seçki Komissiyası) qərarı
ilə səsvermə gününə ən geci 45 gün
qalmış təsdiq edilməli və həmin protokollar səsvermə
gününə ən geci 30 gün qalmış müvafiq
qaydada hazırlanmalıdır.
Mərkəzi Seçki
Komissiyasının 2014-cü il 29 may tarixli 1/13 və 1/14
saylı qərarları ilə təsdiq edilmiş müvafiq
izahlarla Azərbaycan Respublikasında bələdiyyə
seçkiləri ilə əlaqədar səsvermənin nəticələrinə
dair məntəqə və dairə seçki
komissiyalarının yekun protokolları nümunələrinin
forma və mətni müəyyən olunmuşdur.
2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar
olaraq səsvermənin nəticələrinə dair müvafiq
seçki komissiyalarının protokolları Mərkəzi
Seçki Komissiyası tərəfindən müəyyən
olunmuş nümunələrin forma və mətninə, habelə
seçki keçirilən bələdiyyələrin
sayına müvafiq olaraq dairə seçki komissiyaları
üçün və səsvermə təşkil edilən
seçki məntəqələrinin sayına uyğun olaraq
bir-bir ardıcıl nömrələnməklə və
seriyaları göstərilməklə, 3 nüsxədən
ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə
karbonlaşdırılmış kağızdan buklet
formasında, habelə həmin qurumların hər biri
üçün 30 ədəd nömrələnməmiş
və karbonlaşdırılmamış kağızdan Azərbaycan
Respublikası Milli Məclisinin mətbəəsində mətbəə
üsulu ilə hazırlanmalıdır.
Mərkəzi Seçki Komissiyası
yuxarıda qeyd edilənləri əsas götürərək,
Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü,
25.2.11-ci, 28.2-ci, 28.4-cü və 100-cü maddələrinə
uyğun olaraq qərara alır:
1. 2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində Mərkəzi
Seçki Komissiyası tərəfindən müəyyən
olunmuş nümunələrin forma və mətninə
uyğun olaraq, seçki dairələri üzrə bir-bir
ardıcıl nömrələnməklə və
seriyaları göstərilməklə, 3 nüsxədən
ibarət, hər bir nüsxəsi müxtəlif rəngdə
karbonlaşdırılmış kağızdan buklet
formasında olmaqla, seçki keçirilən bələdiyyələrin
sayına müvafiq olaraq dairə seçki komissiyaları
üçün və səsvermə təşkil edilən
seçki məntəqələrinin sayına uyğun olaraq məntəqə
seçki komissiyaları üçün, habelə həmin
komissiyaların hər biri üçün 30 ədəd
nömrələnməmiş və karbonlaşdırılmamış
kağızdan səsvermənin nəticələrinə dair
müvafiq seçki komissiyalarının protokolları Azərbaycan
Respublikası Milli Məclisinin mətbəəsində mətbəə
üsulu ilə hazırlansın.
2. Bu Qərarın icrası öz səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsinə həvalə edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
07.11.2019-cu il
Azərbaycan.- 2019.- 8 noyabr.- S.6.