2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
Vəhdət Partiyasının səlahiyyətli və maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndələrinin
qeydə alınması haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar №
12/53
2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində Vəhdət
Partiyası Baş Məclisinin 2019-cu il 26 oktyabr tarixli
iclasının qərarı ilə səlahiyyətli nümayəndələr
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndə təyin olunmuş və həmin şəxslərin
qeydə alınması üçün müvafiq sənədlər
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim
edilmişdir.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması üçün hüquqi əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas
götürərək Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə
əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
aşağıdakı şəxslər Vəhdət
Partiyasının səlahiyyətli və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələri kimi
qeydə alınsınlar:
1.1. səlahiyyətli nümayəndələr:
Abdul Vahab Abdul Qasım oğlu
Manafov
Etibar Vəliyəddin oğlu Səmədov
Rəhilə Xəlil qızı
Heydərova
Şahlar Xudakişi oğlu Məmmədov
Zaur Kərim oğlu Kərimli
1.2. maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə:
Rəhimə Xəlil qızı
Heydərova
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
07.11.2019-cu il
Azərbaycan.-
2019.- 8 noyabr.- S.6.