Asiya və Sakit Okean
Ölkələrinin Xəbər Agentlikləri Təşkilatında
sədrlik Yonhap agentliyinə keçib
AZƏRTAC OANA-nın vitse-prezidenti
seçilib
Asiya və Sakit Okean
Ölkələri Xəbər
Agentlikləri Təşkilatına
(OANA) 2019-2022-ci illərdə sədrlik AZƏRTAC-dan Koreya Respublikasının Yonhap agentliyinə keçib.
Bu barədə
qərar təşkilatın
noyabrın 8-də Seulda
başa çatan Baş Assambleyasında qəbul edilib.
Assambleyada Yonhap agentliyinin rəhbəri Ço Sanq Bo OANA-nın prezidenti vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, AZƏRTAC OANA-ya 2016-2019-cu illərdə
rəhbərlik edib. Qurumun XVI Baş
Assambleyası həmin
ilin noyabrında Bakıda təşkil olunub.
XVII Baş
Assambleyada İcraiyyə
Komitəsinin yeni tərkibi təsdiq edilib. AZƏRTAC yekdilliklə
OANA-nın vitse-prezidenti
seçilib, Monqolustanın
Montsame agentliyi İcraiyyə Komitəsinə,
Pakistanın PPİ agentliyi
isə Texniki Komitəyə üzv qəbul olunub. OANA-nın İcraiyyə
Komitəsinə hazırda
13 agentlik daxildir.
Yonhap prezidentdir,
AZƏRTAC, Rusiyanın TASS, Çinin Sinxua və Türkiyənin Anadolu agentlikləri vitse-prezidentdir, Avstraliyanın
AAP, Malayziyanın Bernama,
Bəhreynin BNA, İranın
İRNA, Yaponiyanın Kyodo, Vyetnamın VNA, Livanın
NNA, Monqolustanın Montsame
agentlikləri isə üzvdür.
Növbəti XVIII Baş Assambleyanın
2022-ci ildə İranda
keçirilməsi ilə
bağlı İRNA-nın
təklifi qəbul olunub. Assambleyada Fələstin Dövlətinin
WAFA agentliyinə OANA-da
müşahidəçi statusu
verilib. Bundan əlavə, iştirakçılar
təşkilatın Nizamnaməsinə
təklif edilən dəyişiklikləri, OANA-nın
atributlarını və
Seul Bəyannaməsini
təsdiqləyiblər.
OANA-nın
baş katibi Vüqar Seyidov təşkilatın AZƏRTAC-ın
sədrlik etdiyi
2016-2019-cu illəri əhatə
edən fəaliyyəti
barədə məlumat
verib, maliyyə və texniki hesabatlarını diqqətə
çatdırıb. Sədrlik dövründə
AZƏRTAC təşkilatın veb-saytının təkmilləşdirilməsi,
üzvlərin fəallığının
artırılması istiqamətində
bir sıra layihələr həyata keçirib. AZƏRTAC-ın təqdim etdiyi təkliflər paketi təşkilatın İcraiyyə Komitəsinin
Livan, İran və Vyetnamda keçirilən iclaslarında
geniş müzakirə
olunub.
Vüqar Seyidov OANA-nın yeni seçilən baş katibi Donq Min Liyə uğurlar arzu edib.
Baş Assambleyada,
həmçinin 2019-cu il üçün
OANA Mükəmməllik Mükafatının
qalibləri olan Vyetnamın VNA və Çinin Sinxua agentliklərinə diplomlar
və pul mükafatları təqdim
edilib.
Tədbirdə çıxış
edən İranın
İRNA agentliyinin baş
direktoru Seyed Ziya Haşemi, Yaponiyanın Kyodo agentliyinin
prezidenti Toru Mizutani, Çinin Sinxua agentliyinin vitse-prezidenti Siyanq Liu 2016-2019-cu illərdə
OANA-ya uğurlu rəhbərliyə görə
AZƏRTAC-ın İdarə
Heyətinin sədri Aslan Aslanova təşəkkürlərini bildiriblər.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov OANA-nın yeni prezidenti, Yonhap agentliyinin rəhbəri Ço Sanq Boya uğurlar
arzulayıb, təşkilatın
növbəti dövrdə
inkişafının dinamik
olaraq davam edəcəyinə əminliyini
bildirib.
Assambleya başa çatdıqdan sonra Yonhap-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin
46-cı iclası keçirilib. İclasda yeni
katibliyin görəcəyi
işlər, OANA-nın
fəaliyyətinin inkişaf
perspektivləri müzakirə
olunub. Eyni zamanda, növbəti
– 47-ci İcraiyyə Komitəsinin
iclasının 2020-ci ilin
yazında Montsame agentliyinin təşkilatçılığı
ilə Monqolustanda keçirilməsi qərara
alınıb.
Bununla da OANA-nın XVII Baş Assambleyası başa çatıb.
Azərbaycan.- 2019.- 9 noyabr.- S.5.