İlham Əliyev siyasətinin mərkəzində Azərbaycan
vətəndaşı dayanır
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Bakının Xətai rayonunda
ağacəkmə aksiyasında iştirak
ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni "Gənclik” parkında "Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən salınacaq yeni park barədə məlumat verərək dedi:
-Cənab Prezident, bura parkın ən hündür nöqtəsidir.
Buradan bütün ərazi görünür. Parkın
ərazisi 37,2 hektardır.
Prezident İlham
Əliyev: Buradan gözəl mənzərə
açılır.
Anar Ələkbərov: Elədir.
Mehriban xanımın tapşırığına
əsasən biz buraları
qoruyub saxlamışıq
və çalışırıq
ki, tezliklə bu parkı insanların
istifadəsinə verək.
Bu ərazinin yeni planı nəzərdə tutulub.
Burada böyük, özü də sadə bir park olacaq.
Birinci xanım
Mehriban Əliyeva: Təbii park.
Prezident İlham
Əliyev: Bəli, təbii.
Anar Ələkbərov: İnsanların
asudə vaxtlarının
səmərəli təşkili
üçün burada
bütün şərait
yaradılacaq.
Prezident İlham
Əliyev: İdman meydançaları da.
Anar Ələkbərov: Əsasən
idman meydançalarına,
idman qurğularına
üstünlük veriləcək.
Burada insanların daha çox təbiət qoynunda idman etmələri üçün
xüsusi zolaqlar, velosiped yolları, sadə pikniklər üçün yerlər
olacaq. İnsanların vaxtlarını, bayramlarını burada keçirmələri üçün
bütün imkanlar yaradılacaq.
Prezident İlham
Əliyev: Çox yaxşı. Burada iaşə obyektləri
də olmalıdır
ki, vətəndaşlar
gələndə onlardan
istifadə edə bilsinlər.
Anar Ələkbərov:Elədir, cənab
Prezident.
Prezident İlham
Əliyev: Amma əlbəttə ki, bu təbii mənzərə
qorunmalıdır. İndi burada
yeni ağaclar əkilir.
Anar Ələkbərov:Bu gün
30 minə yaxın ağac əkiləcək.
Sizin dəstəyinizə böyük
ehtiyacımız var ki, biz bu parkı
salaq və insanların istifadəsinə
verək.
Prezident İlham
Əliyev: Hesab edirəm ki, park qısa müddət ərzində
tamamilə abadlaşdırılacaq
və vətəndaşlar
üçün burada
gözəl imkanlar yaradılacaq.
Birinci xanım
Mehriban Əliyeva: Suvarma sistemi necə olacaq?
Anar Ələkbərov:Artıq onu həll edirik. Bu gün ağacları əkirik deyə biz artıq Sizin
göstərişinizlə suvarma sistemini də çəkdik. Amma təbii ki, burada əlavə işlər var. İşıqlandırma
sistemlərinə yenidən
baxılmalıdır. Xüsusi suvarma sistemləri qurulmalıdır. Onu təşkil
edəcəyik.
Prezident İlham
Əliyev: Burada zeytun ağacları da görürəm. Vaxtilə əkilib?
Anar Ələkbərov: Bəli,
vaxtilə burada çoxlu zeytun ağacı olub, məhsul da yığılıb.
Prezident İlham
Əliyev: İndi də əkmək lazımdır, əsasən
zeytun və şam ağacları.
Anar Ələkbərov: Biz burada
Eldar şamına da üstünlük veririk. Əvvəllər burada zeytun ağacları ilə bərabər, Eldar şamları da çox idi. Ona görə bu qaydada davam edəcəyik.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda ağac əkdilər.
Dövlətimizin başçısının rəhbərliyi
ilə ölkəmizdə
həyata keçirilən
siyasətin mərkəzində
Azərbaycan vətəndaşı
dayanır. Prezident İlham Əliyev
Azərbaycan vətəndaşının
sosial məsələlərinin
həllini, onların sağlamlıqlarının qorunmasını
prioritet məsələlərdən
biri kimi müəyyənləşdirib. Bu istiqamətdə indiyədək çox sayda layihələr icra olunub. Bu layihələr sırasında əhalinin
sağlam ekoloji mühitdə yaşaması
məsələsinə də
xüsusi diqqət yetirilir. Ölkəmizdə həyata keçirilən
ekoloji siyasət nəticəsində yeni yaşıllıqların salınması,
mövcudlarının qorunması
ilə yanaşı, eyni zamanda, əvvəllər
heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının
keçirilməsi Azərbaycanda
ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr
verir, yaşıllıq
zonalarının sahəsini
artırır.
Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət
səviyyəsində həyata
keçirilən layihələrə
birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi
diqqət yetirir. Ölkəmizdə yeni yaşıllıqların
salınmasında və
mövcud yaşıllıq
sahələrinin qorunmasında
Fondun töhfəsi olduqca böyükdür.
Bu məsələdə Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və
dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması,
yeni yaşıllıqların
salınması məqsədilə
icra olunan layihələrin də mühüm rolu var. Bu baxımdan Heydər Əliyev Fondunun "Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi xüsusi əhəmiyyət daşıyır.
Aksiyada gənclər, rayon sakinləri,
Heydər Əliyev Fondunun "Regional İnkişaf”
İctimai Birliyinin könüllüləri fəal
iştirak etdilər.
Bakıda və respublikanın müxtəlif rayonlarında
ağacəkmə aksiyalarının
təşkilini nəzərdə
tutan layihə ətraf mühitin mühafizəsinin vacibliyini
insanların, xüsusilə
gənc nəslin diqqətinə çatdırır
və onları ekoloji problemlərin aradan qaldırılması
istiqamətində mübarizədə
birgə fəaliyyətə
səsləyir. Layihənin məqsədi, eyni
zamanda, insanları nəcib təşəbbüslər
ətrafında birləşdirməyə
yönəlib. Dövlət Bayrağı bayramının
qeyd edildiyi günlərdə və
12 noyabr - Konstitusiya Günü ərəfəsində
təşkil olunan bu aksiya həm
də vətəndaşların
ölkə üçün
vacib layihə ətrafında birləşməsi
ilə yadda qaldı.
Dövlətimizin başçısı İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasının
iştirakçıları ilə görüşüb
söhbət etdilər.
Sonda xatirə şəkilləri
çəkdirildi.
Qeyd edək ki, ağac
əkilən ərazidə
əvvəlcə müvafiq
iməcilik təşkil
olunub, təmizlik işləri aparılıb.
Aksiya çərçivəsində ağacların əkilməsi,
sulanması, ərazinin
tullantılardan təmizlənməsi
ilə yanaşı, buradakı mövcud ağaclarda quş yuvaları və yem qabları quraşdırılıb.
Tədbir çərçivəsində ərazidə müxtəlif
əyləncəli və
musiqili proqramlar, yarışlar təşkil
olunub.
İştirakçılar aksiyaya qatılmaqdan məmnun qaldıqlarını
bildiriblər.
Azərbaycan.- 2019.-13 noyabr.- S.1; 2.