“Dövlət rüsumu haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikası
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 12, maddə
740; 2002, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 23, ¹ 8, maddə
428, ¹ 12 (I kitab), maddələr
676, 698; 2005,
¹ 1, maddə 1, ¹
6, maddə 462, ¹ 8, maddə
684, ¹ 10, maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006, ¹ 3, maddələr
223, 225, ¹ 6, maddə 481, ¹ 12, maddələr 1015, 1029; 2007, ¹ 2, maddə 80, ¹ 12, maddə
1203; 2008, ¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə
602, ¹ 12, maddə 1047; 2009, ¹ 1, maddə 5, ¹ 2, maddə 56,
¹ 3, maddə 160, ¹ 7, maddə
519, ¹ 12, maddə 947; 2010, ¹ 4, maddə 276, ¹ 6, maddə
485, ¹ 10, maddə 840, ¹ 11, maddə
939; 2011, ¹ 1, maddə 12, ¹ 4, maddələr 245, 264, ¹ 11, maddə
985, ¹ 12, maddə 1100; 2012, ¹ 1, maddə 4, ¹ 6, maddələr
508, 518, ¹ 7, maddə 646, ¹ 10, maddə 947, ¹ 12, maddələr
1216, 1227, 1229; 2013, ¹ 3, maddə 213, ¹ 5, maddə 474, ¹ 11, maddələr
1269, 1279, 1299, 1301, 1308, ¹ 12, maddələr
1485, 1504; 2014, ¹ 1, maddə 6, ¹ 5, maddə 468, ¹ 6, maddələr
603, 605, ¹ 7, maddələr 774, 780, ¹ 11, maddələr 1345, 1370; 2015, ¹ 12, maddə 1432; 2016, ¹ 1, maddələr
15, 36, ¹ 4, maddə 630, ¹ 5, maddə
849, ¹ 6, maddə 1014, ¹ 10, maddə
1605, ¹ 11, maddələr 1753, 1776, 1780,
1790, ¹ 12, maddələr 2006, 2051; 2017, ¹ 3,
maddələr 337, 341, ¹ 5, maddə
742, ¹ 6, maddə 1028, ¹ 7, maddə
1308, ¹ 8, maddə 1506, ¹ 12 (I kitab), maddə 2265; 2018, ¹
3, maddə 405, ¹ 4, maddələr
639, 647, ¹ 6, maddələr 1186, 1194, ¹ 7 (I kitab), maddələr 1415,
1444, ¹ 8, maddə 1675, ¹ 12 (I kitab), maddə 2489; 2019, ¹
1, maddə 45, ¹ 4, maddələr
571, 596, ¹ 5, maddə 797, ¹ 7, maddələr 1176, 1181, 1190, 1192; Azərbaycan Respublikasının
2019-cu il 27 iyun tarixli 1616-VQD, 1619-VQD nömrəli
və 9 iyul tarixli 1643-VQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 4.1-ci maddəyə
"Avtomobil Yolları”
sözlərindən əvvəl
"bu Qanunun
4.1-4-cü maddəsi nəzərə
alınmaqla” sözləri
əlavə edilsin və həmin maddədə "4.1-3-cü” sözləri
"4.1-4-cü” sözləri ilə əvəz edilsin;
1.2. 4.1-4-cü maddə
aşağıdakı redaksiyada
verilsin:
"4.1-4. Bu Qanunun
18.65.1.1-ci maddəsinə uyğun
olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş
hallarda texniki baxışdan keçirilməsinə
görə ödənilən
dövlət rüsumunun
30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) işçilərinin
sosial müdafiəsini
gücləndirmək və
maddi təminatını
yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) texniki baxış stansiyalarının
saxlanılmasını təmin
etmək üçün
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) xəzinə hesabına, qalan hissəsi isə "Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna köçürülür.”;
1.3. aşağıdakı
məzmunda 4.1-5-ci maddə
əlavə edilsin:
"4.1-5. Bu Qanunun
4.1-ci və 4.1-1 - 4.1-4-cü maddələrində nəzərdə
tutulan vəsaitlərin
bölgüsü və
onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;
1.4. 18.65.1.1-ci və
18.65.2.1-ci maddələrdə "20” rəqəmləri "30” rəqəmləri
ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun
2020-ci il yanvarın
1-dən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2019-cu il
Azərbaycan.- 2019.- 13 noyabr.- S.4.