“Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Büdcə
sistemi haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 10, maddə
584; 2003, ¹ 6, maddə 267; 2004, ¹ 12, maddə 979; 2005, ¹ 5, maddə
393, ¹ 12, maddə 1083; 2006, ¹ 2, maddə 67, ¹ 3, maddə
225, ¹ 12, maddə 1012; 2007, ¹ 12, maddə 1202; 2008, ¹ 12, maddə
1049; 2009, ¹ 7, maddə 505; 2012, ¹ 6, maddə 528; 2014, ¹ 8, maddə
958; 2016, ¹ 11, maddə 1777; 2017, ¹ 1, maddələr 18, 32; 2018, ¹ 8, maddə
1671, ¹ 12 (I kitab), maddə
2500; 2019, ¹ 8, maddə 1365) 11-1.2-ci maddəsinə "icmal büdcə xərclərinin”
sözlərindən sonra
"növbəti ilin
proqnozlaşdırılan inflyasiya
səviyyəsi nəzərə
alınmaqla indeksləşdirilmiş
məbləğinin” sözləri
əlavə edilsin.
Maddə 2. Bu Qanun
2019-cu il oktyabrın 1-dən tətbiq
edilir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2019-cu il
Azərbaycan.- 2019.- 13 noyabr.- S.4.