Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Büdcə qaydasına uyğun icmal büdcə
xərclərinin yuxarı həddinin hesablanması
Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Büdcə sistemi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1682-VQD nömrəli
Qanununun icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, ¹ 12, maddə
2568) ilə təsdiq edilmiş "Büdcə
qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı
həddinin hesablanması
Qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 2.1.12-ci yarımbəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
2.1.13-cü yarımbənd əlavə edilsin:
"2.1.13. növbəti ilin proqnozlaşdırılan inflyasiya
səviyyəsi.”.
1.2. 3-cü hissənin
adından "üsulu”
sözü çıxarılsın;
1.3. 4-cü hissə
aşağıdakı redaksiyada
verilsin:
"4. İcmal büdcə xərclərinin
hesablanmış yuxarı
həddinə tətbiq
olunan məhdudiyyətlər
4.1. İcmal büdcə xərclərinin
bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq hesablanmış yuxarı həddi cari ilin təsdiq
olunmuş icmal büdcə xərclərinin
növbəti il üçün proqnozlaşdırılan
inflyasiya səviyyəsi
nəzərə alınmaqla
indeksləşdirilmiş məbləğinin
103 faizindən çox
olduqda, icmal büdcə xərclərinin
yuxarı həddi aşağıdakı düsturla
hesablanır:
Düstur 5:
İX = İXct *
(1 + İpn%)*(1 + 3%)
burada:
İXct - cari ilin təsdiq olunmuş icmal büdcə xərcləri;
İpn - növbəti ilin proqnozlaşdırılan inflyasiya
səviyyəsi.
4.2. Bu Qaydanın
3-cü hissəsinə uyğun
olaraq növbəti il üçün
hesablanmış icmal
büdcə xərclərinin
yuxarı həddi bu Qaydanın 4.1-ci bəndinə uyğun hesablanmış həddən
az olduqda, bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq hesablanmış məbləğ icmal büdcə xərclərinin
yuxarı həddi kimi qəbul edilir.
4.3. İcmal büdcə xərclərinin hesablanmış yuxarı həddi əsasında növbəti büdcə ili üçün proqnozlaşdırılan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti növbəti büdcə ili üçün hədəflənən göstəricidən çox olduqda, icmal büdcə xərclərinin yuxarı həddi növbəti il üçün hədəflənən nisbət göstəricisinə uyğun həddə azaldılır.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2019-cu il oktyabrın 1-dən tətbiq edilir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr
2019-cu il
Azərbaycan.- 2019.- 13 noyabr.-
S. 4.