DTX-nin Heydər Əliyev adına Akademiyasında elmi-praktiki konfrans keçirilib

 

Noyabrın 12-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Dövlət Bayrağı Günü, Konstitusiya Günü Milli Dirçəliş Gününə həsr olunmuş "Dövlət atributlarından Konstitusiyayamövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsinin sədri, professor Ziyafət Əsgərov, Azərbaycan Respublikasının xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəisləri digər rəhbər şəxsləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) digər ali təhsil müəssisələrinin əməkdaşları, doktorant kursantları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə güllər düzüblər.

Konfrans iştirakçıları akademiyada fəaliyyət göstərən "Şöhrətmuzeyini ziyarət edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin mənalı həyat yolunu əks etdirən nadir fotoşəkillər, sənədlər, arxiv materialları ilə tanış olublar. Muzeydə nadir eksponatlar nümayiş etdirilib, Ulu Öndərin bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyinin qorunub saxlanılması, əbədi dönməz olması yolundakı fədakar əməyi, o cümlədən dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti, onun şəxsən həyata keçirdiyi peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatlar verilib. Konfrans iştirakçıları akademiyada nəşr edilən kitabların sərgisi ilə tanış olublar.

Konfrans işinə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının unudulmaz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Dövlət Bayrağı Günü, Konstitusiya Günü Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransın plenar iclasını giriş nitqi ilə DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinin icraçısı polkovnik Allahverən İsmayılov açıb. Məruzəçi dövlət atributlarının hər bir dövlətin milli varlığını istiqlal duyğularını özündə əks etdirən mühüm amillərdən olduğunu qeyd edib. Natiq dövlət atributlarının mahiyyəti əhəmiyyətindən bəhs edərək, qaynağını tarixin qədim dövrlərindən alan, milli-mənəvi dəyərlərimizi çağdaş, sivil düşüncəmizi özündə yaşadan bayrağımızın yalnız ideya-siyasi, fəlsəfi mahiyyəti ilə deyil, həm rəng çalarları ilə ciddi məna kəsb etdiyini xüsusi vurğulayıb. O, həmçinin 1995-ci ildə ümumxalq səsverməsi ilə müstəqil Azərbaycan Respublikasının Əsas Qanununun - Konstitusiyasının qəbul edilməsinin müstəqil demokratik hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğunun qarantı olduğunu bu Konstitusiyanın Azərbaycan xalqının həyatında baş verən köklü dəyişikliklərlə bağlı olduğunu bildirib. Məruzəçi Ümummilli Lider Heydər Əliyevin elmi prinsiplərə zəngin intellektual potensiala əsaslanan mükəmməl dövlətçilik konsepsiyası yaratdığını, dövlətin idarə edilməsi sahəsində əvəzsiz elmi-nəzəri praktiki irs qoyduğunu, həmçinin bu Konstitusiyanın müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl mütərəqqi sənəd olduğunu qeyd edib.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisi Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə koMitəsinin sədri, professor Ziyafət Əsgərov Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulundan, onun əsas prinsiplərindən, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından, siyasi stabilliyə iqtisadi inkişafa nail olmaq üçün atdığı addımlardan, o cümlədən dahi rəhbər tərəfindən vətəndaş müharibəsinin, ekstremizmin, separatçılığın qarşısının alınmasından, cəbhədə atəşkəsə, siyasi stabilliyə iqtisadi inkişafa nail olunmasından bəhs edib. Məruzəçi Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunmasında Konstitusiya Komissiyasının sədri kimi Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətinin olduğunu vurğulayıb. Sonra məruzəçi Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasının əsas xüsusiyyətlərindən, o cümlədən hüquq qanunvericilik sisteminin əsasını təşkil etməsindən, konstitusiya quruluşunun başlıca prinsiplərindən, dövlət hakimiyyətinin bölgüsü prinsipi əsasında təşkilindən, insan hüquq azadlıqlarının konstitusion təsbiti təminatlarından danışıb.

Sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi, general-mayor İlqar Məmmədov Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov, üçrəngli bayrağın qürurvericiliyindən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının demokratik, hüquqi dünyəvi dəyərləri, eləcə Milli Dirçəliş Gününün mahiyyəti barədə çıxış ediblər.

"Dövlət atributlarından Konstitusiyayaadlı respublika elmi-praktiki konfransının plenar iclası başa çatdıqdan sonra konfransın bölmə iclaslarında altmışdan çox iştirakçının məruzələri dinlənilib.

Sonda DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinin icraçısı polkovnik Allahverən İsmayılov konfransa yekun vurub.

 

Azərbaycan.- 2019.- 13 noyabr.- S.7.