Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirilib
2019-cu il noyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın7 noyabr 2019-cu ildə keçirilən iclasının protokolu təsdiq olunub.
Sonra 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikaçılar Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.
İclasda, həmçinin cari məsələlərə baxılıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələri
iclasda iştirak edib.
Azərbaycan.-
2019.-13 noyabr.- S.8.