Prezident İlham
Əliyev: “Biz dinlər, mədəniyyətlər, ölkələr
arasında körpülərin qurulması istiqamətində
fəaliyyətimizi davam etdiririk”
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 13-də Əsas Amerika Yəhudi
Təşkilatlarının Prezidentləri Konfransının
icraçı sədr müavini Malkolm Honlaynı qəbul
edib.
AZƏRTACxəbər verir ki,
qonağı salamlayan Prezident
İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz.
Malkolm HONLAYN dedi:
-Sizi görməyə şadam.
Prezident
İlham Əliyev:Gəldiyinizə görə təşəkkür
edirəm. Mən sizin Sammitdə iştirakınızı
yüksək qiymətləndirirəm.
Malkolm Honlayn:Bu qədər fikir
ayrılığı, bu qədər gərginliyin şahidi
olduğumuz bir zamanda Sizin vaxt ayıraraq insanları bir araya gətirmək
üçün təşəbbüs göstərməyiniz
bir faktdır. Düşünürəm ki, bizim üzərimizə
düşən məsuliyyət də burada olub Sizə dəstək
nümayiş etdirmək və bunu qiymətləndirməkdir.
Prezident
İlham Əliyev:Təşəkkür edirəm. Eyni zamanda, biz
çox uğurlu Mədəniyyətlərarası Dialoq
üzrə Forum və ənənəvi Bakı Humanitar
Forumunu keçiririk. Beləliklə, biz dinlər, mədəniyyətlər,
ölkələr arasında körpülərin qurulması
istiqamətində fəaliyyətimizi davam etdiririk və Azərbaycan
artıq çox fəal dialoq məkanına çevrilib.
Düşünürəm ki, belə mühüm tədbirə
ev sahibliyi etmək üçün doğru zamandır.
Ümidvaram ki, o, uğurlu olacaq, yaxşı nəticələr
əldə ediləcək.
Malkolm Honlayn:Onun keçirilməsi
faktının özü bir uğurdur. Bu da bir faktdır ki,
Siz və Azərbaycan qlobal, beynəlxalq səviyyədə elə
bir nüfuz qazanmısınız ki, bura insanların bir araya gəldiyi
bir məkandır.
Azərbaycan.- 2019.- 14 noyabr.- S.2.