2020-ci ilin dövlət büdcəsi
inkişafın real göstəricisi olacaq
Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında "Azərbaycan
Respublikasının 2020-ci il dövlət
büdcəsi haqqında” qanun layihəsinin
müzakirəsi (birinci oxunuş)
davam etdirildi.
Xərclərin artımı inkişaf
proseslərinin nəticəsidir
Parlamentin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev dedi ki, büdcə xərclərində baş verən keyfiyyət dəyişiklikləri ölkədə gedən inkişaf proseslərinin nəticəsidir. Respublikamızda aparılan iqtisadi islahatlar öz bəhrəsini verməkdədir.
Daha sonra Eldar Quliyev qeyd etdi ki, hazırda Bakı ətrafı kənd və qəsəbələrdə əhali sıxlığının artması ilə əlaqədar bəzi orta məktəblərdə yeni korpusların tikilməsinə ehtiyac yaranıb. Zabrat və Maştağa qəsəbələri ilə bağlı bəzi sosial məsələləri diqqətə çatdıran deputat, həmçinin bəzi ərazilərdə daxili və məhəlli yolların yenidən qurulmasını təklif etdi.
Deputat Mirzəcan Xəlilov diqqətə çatdırdı ki, Sumqayıtın Corat qəsəbəsində yeni uşaq bağçasının tikintisinə ehtiyac var.
"2020-ci ilin büdcəsi ümumdünya inkişaf templərinə yaxındır. Bu barədə danışan deputat Tahir Kərimli dedi ki, bütün bunlar ölkə rəhbərinin iradəsi sayəsində mümkün olub. Müdafiə xərclərinin növbəti illərdə də artırılmasının vacibliyini önə çəkən deputat, həmçinin Ağsu rayonunda bəzi kəndlərə yeni yolların çəkilməsini, nəqliyyat sıxlığını azaltmaq üçün Bakıda Bayıldan Zığa qədər gəmi xəttinin yaradılmasını təklif etdi.
"Aktuallığı və möhtəşəmliyi ilə 2020-ci ilin dövlət büdcəsi Azərbaycanın inkişafına, xalqımızın daha da yüksəlməsinə xidmət edəcək”. Bunu isə deputat Hüseynbala Mirələmov söylədi. Ölkəmizin hər yerində həyata keçirilən yaşıllaşdırma işlərinə diqqəti yönəldən Hüseynbala Mirələmov dedi ki, yeni ağacların qorunmasına da xüsusi diqqət göstərmək lazımdır. Deputat Lerik rayonunun kəndlərinə qaz və su çəkilişi ilə də bağlı təkliflərini diqqətə çatdırdı.
Azərbaycanın artan gücünün göstəricisi
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov dedi ki, 2020-ci ilin dövlət büdcəsi Azərbaycanın artan gücünün göstəricisidir. Bu baxımdan növbəti ilin büdcəsini Prezident İlham Əliyevin uğuru kimi dəyərləndirən komitə sədri bütün parametrlər üzrə xərclərin artırılmasını, icbari sığorta üçün vəsait ayrılmasını, cari xərclərin çoxaldılmasını, artan xərclərin əsasən sosial sferaya yönəldilməsini yüksək qiymətləndirdi. Deputat həmçinin gələn il üçün kino çəkilişlərinə ayrılan vəsaitin 5 dəfə artırılmasını mədəniyyətə göstərilən diqqət və qayğı kimi dəyərləndirdi.
"Azərbaycanda avtomobil bazasının dəyişdirilməsinə ehtiyac var”. Bunu isə deputat Şahin İsmayılov söylədi. Onun sözlərinə görə, statistik göstəricilərə nəzər salsaq, yol qəzalarının müəyyən bir hissəsi köhnə avtomobillərin payına düşür. Bu baxımdan əhalinin yeni avtomobil almasını asanlaşdırmaq, kredit şərtlərini sadələşdirmək, insanların yeni avtomobillərə əlçatanlığını təmin etmək lazımdır. Deputat onu da bildirdi ki, elektriklə işləyən avtomobilləri bütün növ rüsumlardan azad etmək məqsədəuyğun olar. Artıq dünyada bu sahədə yaxşı təcrübə var.
Mənfəətli neft və qazdan 149 milyard dollara yaxın vəsait əldə olunub
Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deputatların qaldırdığı bir sıra məsələlərə münasibət bildirdi. Qeyd etdi ki, indiyədək Dövlət Neft Fondunun hesabına neft-qaz əməliyyatlarından, mənfəətli neftin və qazın satışından 149 milyard dollara yaxın vəsait daxil olub. Bu, dünyada mədən sənayesində ən yüksək göstəricilərdəndir. Xarici şirkətlər tərəfindən dövlət büdcəsinə yüz milyonlarla vergi daxil olur. Azəri-Çıraq-Günəşli yatağından Azərbaycana 50 milyard kubmetrə yaxın təbii qaz təhvil verilib. Bunun dünya bazarlarında qiyməti milyardlarla dollar edir.
Valeh Ələsgərov tələbə yataqxanaları ilə də bağlı təkliflərini verdi. O, bütün dünyada istifadə olunan "Tik, istifadə et, təhvil ver” sxemi üzrə dövlətin vəsatindən istifadə etməməklə tələbələrin yataqxana ilə təmin olunmasının mümkünlüyünü bildirdi. Bunun üçün təmiz, şəffaf qaydalar yaratmaq, torpaq sahələri ayırmaq, texniki standartları müəyyən etmək və bunları biznesmenlərə təqdim etmək lazımdır.
Milli Məclis Sədrinin müavini Şəmkir və Samux rayonlarında Kür çayının şimalında yerləşən kəndlərin qazlaşdırılmasının vacibliyinə də diqqət çəkdi. Qeyd etdi ki, artıq Kürün o tərəfinə qaz xətti çəkilib. Lakin Kürün o tayında olan 8 kənddən 3-nə qaz verilib. Qalan 5 kənd qazsızdır.
Deputatlardan Elçin Quliyev, Hikmət Məmmədov, Rauf Əliyev, Zahid Oruc qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər.
Milli Məclisin Sədri Oqtay Əsədov müzakirələr zamanı deputatlardan 46 nəfərin çıxış etdiyini, digər deputatlara qanun layihəsinin ikinci oxunuşda söz veriləcəyini bildirdi.
Yekunda "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi.
DSMF-in büdcəsi 16,9 faiz artacaq
Daha sonra iclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarıldı. Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Qeyd etdi ki, gələn il üçün büdcədə sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı üçün 4 mlrd. 825 mln. 508 min 800 manat vəsait nəzərdə tutulmuşdur ki, bu da əvvəlki illə müqayisədə 697 milyon manat çoxdur. Təkcə onu demək kifayətdir ki, bu büdcənin tərkibində transfertin həcmi 2012-ci ildə mövcud olan 42 faizdən gələn il üçün 29 faizə enərək 1 mlrd. 427 mln. manat təşkil edəcək. Bu büdcənin artan böyük məbləği məhz DSMF-in öz imkanları hesabına toplanacaq.
Hadi Rəcəblinin sözlərinə görə, sevindirici hal odur ki, Prezidentin apardığı struktur islahatların səmərəsi nəticəsində qeyri-leqal məşğulluğun bu il təxminən 160 min nəfərinin sığortaya cəlb olunması büdcənin artımında özünü kəskin surətdə göstərə bildi. Ehtimal var ki, bu artımlar gələn ildə çoxalacaq və DSMF əlavə vəsaitlərin toplanmasında mühüm rol oynayacaqdır. Rəqəmlər bir daha onu deməyə əsas verir ki, gələn il pensiyaların və əmək haqlarının artım tempi yerində saymayacaq və davamlı surətdə çoxalacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq əhalinin sosial müdafiəsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ildə dövlət başçısının fərmanları ilə iki sosial paket reallaşdırılmış, bu tədbirlər 4,2 milyon nəfər vətəndaşı əhatə etmiş, islahatların 2019-cu il üçün maliyyə tələbatı 2,3 milyard manat təşkil etmişdir. Cari ildə minimum əməkhaqları 93 faiz, minimum pensiya 72 faiz, sosial müavinətlər və təqaüdlər orta hesabla 100 faiz, məcburi köçkünlərin aylıq müavinətləri 50 faiz, təhsil alan tələbələrin təqaüdləri 20 faiz artırılmış, iki yeni Prezident təqaüdü təsis edilmiş, fiziki şəxslərin problemli kreditləri ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Bu artımlardan sonra Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın məbləği MDB ölkələri arasında alıcılıq qabiliyyəti indeksinə görə birinci yerdə, orta aylıq pensiyanın məbləği isə üçüncü yerdə qərarlaşıb.
Orta hesabla
85 min ailə ünvanlı
sosial yardım alacaq
Cari ildə şəhid ailələrinə 11 min manat
birdəfəlik ödəmələrin
verilməsi davam etdirilib. 11 min 740 şəhidin
17 min 479 vərəsəsinə birdəfəlik ödəmə
verilib. Qarabağ
müharibəsi əlilləri,
şəhid ailələri
və bu kateqoriyadan olan digər şəxslər
üçün mənzil
və avtomobil təminatı proqramları
da genişləndirilmiş,
bu ilin sonuna
qədər 934 mənzilin
və 600 avtomobilin verilməsi təmin ediləcək. Bu proqramların icrası
2020-ci ildə davam etdiriləcək.
Xüsusi qayğıya
ehtiyacı olan uşaqlara və digər şəxslərə
göstərilən sosial
xidmətlərin genişləndirilməsi
məqsədi ilə cari ildə uşaqlar üçün
70 günərzi qayğı
mərkəzi, 49 icma əsaslı sosial reabilitasiya mərkəzi,
12 autizm və daun sindromlu uşaq üçün psixoloji yardım mərkəzi, 2 eşitmə
və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün
reabilitasiya mərkəzi,
2 görmə imkanları
məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi,
10 ahıllar üçün
günərzi qayğı
mərkəzi, 3 insan alveri qurbanlarının reabilitasiya mərkəzləri
yaradılmışdır.
İclasda bildirildi
ki, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi
"Büdcə sistemi
haqqında” və digər qanunlara uyğun hazırlanmış,
bu zaman növbəti il üçün ölkənin
iqtisadi və sosial inkişaf proqnozu əsas götürülmüşdür. Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən
sığorta fondunun
2020-ci il üçün tərtib
olunmuş büdcələrində
gəlir və xərcləri əhəmiyyətli
dərəcədə artmışdır.
2020-ci ildə DSMF-in gəlir
və xərcləri
2019-cu ilə nisbətən
16,9 faiz çox proqnozlaşdırılır.
Qeyri-büdcə təşkilatları
üzrə 2020-ci il üçün daxilolmalar 1 milyard 985 milyon manat proqnozlaşdırılır.
Bu, 2019-cu ilə nisbətən
310 milyon manat və ya 18,5
faiz çoxdur. 2020-ci ildə ünvanlı
dövlət sosial yardım proqramına ayrılan vəsaitin həcmi də 50 milyon manat artırılacaq.
Gələn il
ümumilikdə orta hesabla 85 min ailənin ünvanlı sosial yardımla əhatə olunması proqnozlaşdırılır.
İşsizlikdən sığorta
fondunun gəlir və xərcləri artacaq
Daha sonra "İşsizlikdən sığorta
fondunun 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası
Qanununun layihəsi barədə də (birinci oxunuş) məlumat verildi. Əhalinin məşğulluğu
ilə bağlı tədbirləri daha da gücləndirmək məqsədi ilə
2020-ci il üçün
İşsizlikdən sığorta
fondunun gəlirləri
və xərcləri
128,2 milyon manat proqnozlaşdırılır.
Bu da 2019-cu ilin gözlənilən nəticəsinə
nisbətən 29,8 milyon manat və
ya 30,2 faiz çoxdur.
Müzakirələr zamanı Qüdrət Həsənquliyev, Fazil
Mustafa, Fəzail Ağamalı,
Jalə Əliyeva qanun layihəsi ilə bağlı təkliflərini bildirdilər.
Fasilədən sonra müzakirələr davam etdirildi.
Çıxış edən
Əli Məsimli, Qənirə Paşayeva,
Elmira Axundova, Sədaqət
Vəliyeva və Cavid Osmanov sosial
təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və İşsizlikdən sığorta
fondunun gələn il üçün büdcələrinin məqbul
olduğunu qeyd etdilər. Deputatlar bir sıra sosial məsələlərlə
bağlı təkliflərini
də irəli sürdülər. Yekunda Əmək
və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
deputatların qaldırdığı
məsələlərə münasibət bildirdi.
"Sosial
təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və "İşsizlikdən
sığorta fondunun
2020-ci il dövlət
büdcəsi haqqında”
qanun layihələri birinci oxunuşda qəbul edildi.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədri Ziyad Səmədzadə "Azərbaycan
Respublikasında 2020-ci il
üçün yaşayış
minimumu haqqında” qanun layihəsi barədə (birinci oxunuş) məlumat verdi. Qeyd
etdi ki, gələn il yaşayış minimumu ölkə üzrə 190
manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün
157 manat, uşaqlar üçün 170 manat məbləğində nəzərdə
tutulur. Qanun layihəsi birinci
oxunuşda qəbul edildi.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Azərbaycan Respublikasında
2020-ci il üçün
ehtiyac meyarının
həddi haqqında” qanun layihəsi barədə (birinci oxunuş) məlumat verdi. Bildirdi
ki, 2020-ci il
üçün ehtiyac
meyarının həddi
160 manat məbləğində
nəzərdə tutulur.
Qanun layihəsi birinci oxunuşda qəbul edildi.
Hadi Rəcəblinin
təqdimatından sonra
"Əmək pensiyaları
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə”, "Məşğulluq
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” və
"Sosial müavinətlər
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” qanun layihələri birinci oxunuşda qəbul edildi.
Büdcə zərfinə daxil olan məsələlərin
müzakirəsi bu gün davam edəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.-14 noyabr.- S.1; 3.