Prezident İlham Əliyev Rusiyanın
Qaraçay-Çərkəz Respublikasının
başçısının rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid TEMREZOV dedi:
-Çox sağ olun, hörmətli cənab Prezident. Həqiqətən, mən hətta bu gün iştirak edən ölkələrin sayına diqqət yetirdim: 80 ölkə, 10-dan çox dini təşkilat. Əlbəttə, kifayət qədər ciddi meydandır. Bütün qitələrdən, dünyanın bütün ölkələrindən gəlib iştirak edirlər. Eyni zamanda, bizim əziz Şeyximizi yubiley münasibətilə təbrik etmək üçün səbəbdir. Mən təkcə Sizin dəvətinizlə bu il artıq üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm.
Prezident İlham ƏLİYEV dedi:
-Bəli. Mən
çox şadam ki, tez-tez gəlirsiniz. Bu, çox mühümdür, faydalıdır. Çünki həm Rusiya-Azərbaycan
münasibətləri, həm də regionlararası əməkdaşlıq
çərçivəsində birgə həll etməli olduğumuz xeyli məsələlər
var. Keçən ilin
sentyabrında Vladimir Vladimiroviçin
və mənim iştirakımla regionlararası forum keçirilib. İndi növbəti regionlararası forum bu ay
artıq Moskvada olacaq.
Belə ki, bu
da mühüm
meydandır. İkitərəfli planda da Rusiya–Azərbaycan münasibətlərində
bizdə çox fəal siyasi
proses gedir, yüksək
səviyyədə - idarələr, nazirliklər səviyyəsində
görüşlər keçirilir, yəni,
çox fəal qarşılıqlı fəaliyyət
var. Əlbəttə, Zati-Müqəddəslərinin
Moskvanın və Bütün Rusiyanın
Patriarxı Kirillin bizim
Sammitdə iştirakı bu tədbirə
xüsusi önəm gətirir. Biz çox şadıq ki, Rusiya Federasiyası
Sammitdə çox geniş
tərkibdə - həm dini seqmentdə, həm
Şimali Qafqaz
respublikalarından bizim
qardaşlarımız müftilər, həm Prezident
Administrasiyası, həm də digər nümayəndələrlə
təmsil olunub. Yəni, Sammitdə ən böyük nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndə
heyətidir. Sammitin özü
də, əlbəttə, qlobal miqyaslı
hadisədir. O, çox universal
xarakter daşıyır və düzü, mən bilmirəm, belə səpkili
tədbir daha harada keçirilir, yaxud keçirilirmi. Buna görə
də Azərbaycan bu istiqamətdə də
özünü ölkələri, dinləri
birləşdirə və dialoq üçün yaxşı imkan
yarada bilən ölkə kimi
nümayiş etdirdi.
Fikrimcə, indi bu, ən
mühüm məsələdir.
Azərbaycan.-
2019.-15 noyabr.- S.4.