Azərbaycan Respublikasının
“Uşaq hüquqları
haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”,
“Gənclər siyasəti
haqqında”, “Yetkinlik yaşına çatmayanların
baxımsızlığının və hüquq pozuntularının profilaktikası
haqqında”, “İnsan
alverinə qarşı
mübarizə haqqında”,
“Azərbaycan Qızıl
Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq, "Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının
2018-ci il 7 dekabr tarixli 1385-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Uşaq
hüquqları haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 8, maddə
484; 2001, ¹ 3, maddə 143, ¹ 11, maddələr 676, 687, ¹ 12, maddə
731; 2002, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2004, ¹ 2, maddə
57, ¹ 3, maddə 133, ¹ 7, maddə
507; 2006, ¹ 2, maddə 75; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 7, maddə
602; 2010, ¹ 2, maddə 70, ¹ 4, maddə 275; 2013, ¹ 11, maddə
1317; 2015, ¹ 5, maddə 484; 2016, ¹ 6, maddə 968; 2017, ¹ 7, maddə
1263; 2019, ¹ 1, maddə 9) 35-ci maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.1. birinci abzasda "tibbi, defektoloji və psixoloji” sözləri
"tibbi və defektoloji, habelə "Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji”
sözləri ilə əvəz edilsin;
1.2. ikinci
abzasda "sosial və psixoloji reabilitasiyasına” sözləri
"sosial reabilitasiyasına,
psixoloji reabilitasiya və psixoloji korreksiyasına” sözləri
ilə əvəz edilsin.
Maddə 2. "Narkoloji
xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 9, maddə
577; 2002, ¹ 5, maddə 240; 2003, ¹ 12 (I kitab), maddə 697; 2007, ¹
6, maddə 560, ¹ 10, maddə
938; 2008, ¹ 7, maddə 602; 2012, ¹ 4, maddə 281; 2014, ¹ 11, maddə
1372; 2015, ¹ 11, maddə 1272; 2018, ¹ 5, maddə 885) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 5.7-ci, 9.1.6-cı maddələrdə,
11.1-ci maddənin üçüncü
cümləsində və
16.3-cü maddədə "sosial-psixoloji reabilitasiya” sözləri "psixoloji
reabilitasiya və psixoloji korreksiya” sözləri ilə əvəz edilsin;
2.2. 11.2-ci maddəyə
"psixoloqla” sözündən
əvvəl "klinik
(tibbi)” sözləri əlavə edilsin və həmin maddədə "sosial-psixoloji
reabilitasiya və” sözləri "psixoloji
reabilitasiya və psixoloji korreksiya, habelə” sözləri ilə əvəz edilsin;
2.3. 14.5-ci maddədə
"sosial-psixoloji reabilitasiyasını”
sözləri "psixoloji
reabilitasiya və psixoloji korreksiyasını”
sözləri ilə əvəz edilsin və həmin maddəyə "psixoloq”
sözündən əvvəl
"klinik (tibbi)” sözləri əlavə
edilsin.
Maddə 3. "Gənclər
siyasəti haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 5, maddə
231; 2007, ¹ 8, maddə 746; 2010, ¹ 3, maddə 171; 2019, ¹ 4, maddə
582; Azərbaycan Respublikasının
2019-cu il 12 iyul tarixli 1661-VQD nömrəli
Qanunu) 5.6.3-cü maddəsində
"sosial-psixoloji reabilitasiya”
sözləri "psixoloji
reabilitasiya və psixoloji korreksiya” sözləri ilə əvəz edilsin.
Maddə 4. "Yetkinlik
yaşına çatmayanların
baxımsızlığının və hüquq pozuntularının profilaktikası
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 8, maddə 681; 2006, ¹ 2, maddə 75; 2007, ¹ 1, maddə
5; 2016, ¹ 2 (I kitab), maddə
195, ¹ 12, maddə 2030) aşağıdakı
dəyişikliklər edilsin:
4.1. 11.7.2-ci maddədə
"sosial, psixoloji və digər kömək” sözləri
"”Psixoloji yardım
haqqında” Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilmiş qaydada psixoloji yardım, habelə sosial və digər kömək” sözləri
ilə əvəz edilsin;
4.2. 13.2.1-ci maddədə
"psixoloji-tibbi-pedaqoji reabilitasiyasını”
sözləri "tibbi-pedaqoji
reabilitasiyasını, habelə
psixoloji reabilitasiyasını
və psixoloji korreksiyasını” sözləri
ilə əvəz edilsin.
Maddə 5. "İnsan
alverinə qarşı
mübarizə haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 8, maddə
694; 2013, ¹ 5, maddə 458; 2014, ¹ 11, maddə 1346) 15.1-ci maddəsinə
"psixoloji” sözündən
sonra "reabilitasiya və psixoloji korreksiyası” sözləri
əlavə edilsin.
Maddə 6. "Azərbaycan
Qızıl Aypara Cəmiyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 5, maddə
444, ¹ 12, maddə 1210) 3.0.10-cu maddəsində "yardım,
psixoloji reabilitasiya” sözləri "və
"Psixoloji yardım
haqqında” Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilmiş qaydada psixoloji yardım” sözləri ilə əvəz edilsin.
Maddə 7. "Təhsil
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 9, maddə 684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə
3; 2015, ¹ 11, maddə 1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə
1766; 2017, ¹ 2, maddə 145, ¹ 5, maddə 691, ¹ 7, maddələr
1277, 1300, ¹ 12 (I kitab), maddə
2202; 2018, ¹ 7 (I kitab), maddələr
1381, 1409, ¹ 11, maddə 2208; 2019, ¹ 5, maddə 798, ¹ 7, maddə
1190; Azərbaycan Respublikasının
2019-cu il 12 iyul tarixli 1661-VQD nömrəli
Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
7.1. 14.20-ci maddəyə
"təşkil olunur”
sözlərindən sonra
"və "Psixoloji
yardım haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
riayət edilməklə,
psixoloji yardım həyata keçirilir” sözləri əlavə
edilsin;
7.2. aşağıdakı
məzmunda 32.3.18-1-ci maddə
əlavə edilsin:
"32.3.18-1. "Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji
yardım almaq;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
8 oktyabr 2019-cu il
Azərbaycan.- 2019.- 15 noyabr.- S.5.