Kəmərlər Səngəçalda qovuşur

 

Səngəçal terminalı regionun neft-qaz ixracı mərkəzidir. Azərbaycan neftini qazını dünya bazarlarına aparan boru kəmərləri başlanğıcını buradan götürür.

Səngəçal terminalı fəaliyyət göstərdiyi qısa dövr ərzində Azərbaycanın təkcə neft-qaz sənayesində deyil, bütün tarixində əhəmiyyət kəsb edən hadisələrin şahidi olub. 1997-ci ildə "Əsrin müqaviləsi”nin "Çıraq”dan alınan ilk neftini, sonrakı illərdə "Azəri”nin mərkəzi, qərb şərq hissələrinin, "Dərinsulu Günəşli”nin, "Şahdəniz-1” "Şahdəniz-2”nin karbohidrogenlərini qəbul edib.

2002-ci ildə burada Ulu Öndər Heydər Əliyev dünyanın müxtəlif yerlərindən gəlmiş mötəbər qonaqların iştirakı ilə üçüncü minilliyin nəhəng mühəndis qurğusu - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməlini qoyub. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın dövlət başçılarının, eləcə tərəfdaş şirkətlərin nümayəndələrinin iştirakı ilə kəmərə ilk neft vurulub. Azərbaycanın təşəbbüsü liderliyi ilə gerçəkləşən "Cənub qaz dəhlizikimi qlobal bir layihənin təməlqoyma açılış mərasimləri Səngəçalda olub.

Terminal bu layihələrlə birgə böyüyüb. Hər yeni yatağın hasilatını qarşılamaq, ilkin emaldan keçirmək, saxlamaq nəhayət, ixrac etmək üçün bir az da genişlənib. Buradakı çənlərin, boru xətlərinin, avadanlıq qurğuların sayı ildən-ilə artır. "Şahdəniz-2” qazını qəbul edib istehlakçılara ötürmək üçün tikilən yeni obyektlərin sayəsində keçən il terminal daha möhtəşəm görkəm alıb.

Azərbaycanda ən iri neft-qaz ixrac layihələrinin operatoru olan BP şirkətindən aldığımız məlumata görə, "Azəri-Çıraq-Günəşli” (AÇG) "Şahdənizyataqlarından hasilatın sualtı boru kəmərləri vasitəsilə terminala göndərilməsi davam edir. Hazırda Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft "Şahdənizqazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Cari ilin ilk üç rübü ərzində terminaldan dünya bazarlarına 198 milyon bareldən çox neft kondensat daşınıb. Bu həcmin 178 milyon bareldən çoxu Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri 20 milyon bareldən çoxu Qərb İxrac Boru Kəməri marşrutu ilə ixrac edilib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri, bu kəmərin genişləndirilmiş sistemi terminalın qaz emalı obyektlərini "Azəriqazsistemi ilə birləşdirən, SOCAR-a məxsus xətlə nəql olunur.

Bu ilin 9 ayı ərzində terminaldan həmçinin gündə orta hesabla 44 milyon standart kubmetr (təqribən 1 milyard 548 milyon standart kubfutdan çox) "Şahdənizqazı ixrac edilib.

Misilsiz iqtisadi əhəmiyyəti ilə yanaşı, Səngəçal həm öz gözəlliyi ilə seçilən bənzərsiz sənaye nəhəngidir. Azərbaycan neftçiləri indiyədək çox möcüzələr yaradıblar. Təkcə polad dirəklər üzərində qurulan Neft Daşlarını xatırlatmaq kifayətdir. Bir möcüzə Azərbaycanın yeni neft strategiyasındakı tərəfdaşları ilə birlikdə tikib-qurduğu Səngəçal terminalıdır. Bakıdan 55 kilometr cənubda, daim güclü küləklərin əsdiyi, əvvəllər payızda-qışda palçıq, yayda bürkü toz içində olan yarımsəhra zonada misilsiz bir obyekt baş qaldırıb. Bu, gündüz , gecə əsrarəngiz görkəmi ilə diqqəti cəlb edən Səngəçal terminalıdır. Dünyanın ən böyük neft-qaz terminalı...

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.-15 noyabr.- S.1; 9.