S.T.Dadaşovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Sultan Tofiq oğlu Dadaşov 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2019-cu il

 

Azərbaycan.- 2019.-16 noyabr.- S.2.