Birinci vitse-prezident Mehriban Əliyeva Milli
Dirçəliş Günü münasibətilə
xalqımızı təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə rəsmi "Instagram” səhifəsində paylaşım edib.
AZƏRTAC xəbər verir
ki, paylaşımda deyilir:
"Bu gün – 17 Noyabr – birlik və həmrəylik,
Vətənə və milli dövlətçiliyə
sədaqət kimi nəcib hissləri təcəssüm
etdirən Milli Dirçəliş Günüdür. Bu bayram münasibətilə bütün
Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir
soydaşımıza cansağlığı, sevgi
və səadət arzulayıram! Qoy
xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz,
ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”.
Azərbaycan.- 2019.- 19 noyabr.- S. 1.