Azərbaycanla Qətər
beynəlxalq arenada fəal əməkdaşlıq
edir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də
Qətər Dövlətinin ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini
qəbul edib.
AZƏRTAC
xəbər verir ki, səfir Feysal bin Abdullah Həməd
Abdullah Al Hinzab fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Feysal bin Abdullah Həməd Abdullah Al HİNZAB etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək dedi:
-Cənab Prezident, böyük şərəf hissi ilə qardaş və dost Azərbaycan Respublikasına səfir təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim edirəm. Sizin baxışınıza ən uyğun şəkildə ikitərəfli münasibətlərimizin inkişafı üçün əlimdən gələni edəcəyəm. Çox sağ olun.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı davam edəcəkdir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Hər iki tərəf bu münasibətləri qardaş ölkələr arasında münasibətlər kimi dəyərləndirir. Bu, həqiqətdir. Əminəm ki, siyasi, iqtisadi və müxtəlif sahələrdə biz çoxlu tərəqqi müşahidə edəcəyik. Ölkələrimiz beynəlxalq arenada fəal əməkdaşlıq edir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər olmuşdur. Bizim hökumətlərarası fəaliyyətimiz var. Nazirlər səviyyəsində qarşılıqlı səfərlər var. Ona görə əminəm ki, tərəfdaşlığımızın ənənəvi sahələrinə əsas diqqəti yetirmək və yeni sahələri aşkar etmək üçün gələcəkdə çoxlu imkanlar olacaq.
Hesab edirəm ki, ticarət dövriyyəsi ilə bağlı olan məsələyə xüsusi diqqət yetirməliyik. Hesab edirəm ki, ticarət dövriyyəsini hər iki istiqamətdə artırmaq üçün potensial var. Çünki indi bizim bir-birimizə təqdim edə biləcəyimiz daha çox şey var. Şadam ki, ölkənizdən gələn turistlərin sayı artmaqdadır və bu da bizim əməkdaşlığımızın yaxşı əlamətidir. Bildiyiniz kimi, sizin vətəndaşlar üçün heç bir viza tələbi yoxdur və əminəm ki, hər iki istiqamətdə biz turistlərin sayının artdığını görəcəyik.
Həmçinin potensial əməkdaşlıq sahələrindən biri də investisiyalardır. Bilirəm ki, sizin ölkəniz xaricə sərmayə yatırır, Azərbaycan da xaricə sərmayə yatırır, biz birgə investisiya layihələri üçün sahələri tapa bilərik. Odur ki, diqqətimizi cəmləşdirmək üçün çoxlu sahələr olacaq. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı siz çox məşğul olacaqsınız və əlaqələrimizin gücləndirilməsi üçün bütün vaxtınızı sərf edəcəksiniz.
X X X
Səfir
Feysal bin Abdullah Həməd
Abdullah Al HİNZAB dedi:
-Təşəkkür edirəm
Zati-aliləri. Cənab
Prezident, burada olmaqdan, Sizinlə görüşməkdən, Sizə
etimadnaməmi təqdim
etməkdən şərəf
hissi duyuram. Qətər Dövlətinin
Əmiri şeyx Təmim bin Həməd Al
Taninin Sizə salamlarını, xalqınıza
daha böyük nailiyyətlər, rifah və tərəqqi arzularını çatdırıram.
Buraya gəldikdən sonra biz hərtərəfli inkişafın
şahidi olmuşuq və mən bunu görüşdüyüm
hər kəsə söyləyirəm. Biz ilk
baxışdan ölkənizə
aşiq olmuşuq.
Qoşulmama Hərəkatının Sammitində iştirak etmək, dini liderlərin Sammitini isə izləmək fürsəti mənə nəsib olmuşdur. Zati-aliləri, bu iki sammitin uğurlu keçirilməsi münasibətilə
Sizi, hökumətinizi
və xalqınızı
təbrik edirik.
Bu, bizdə belə bir təəssürat yaradır ki, Azərbaycan dünya xəritəsində öz
çəkisinə malik
olan ölkələrdəndir,
düzgün istiqamətdədir
və müxtəlif tədbirlərin keçirilməsi
üçün ev sahibi kimi çıxış edir. Bu da Azərbaycan üçün
siyasi vasitədir.
Əlbəttə ki, bizim çox mükəmməl
münasibətlərimiz var. Mənə şəxsən
bu münasibətlərin
bütün istiqamətlərdə
inkişafı üçün
gərgin çalışmaq
təlimatı verilmişdir.
X X X
Prezident
İlham Əliyev Qətər Dövlətinin
Əmiri Əlahəzrət
şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun salamlarını Qətər
Dövlətinin Əmirinə
çatdırmağı xahiş
etdi.
Azərbaycan.- 2019.- 19 noyabr.- S. 2.