Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

 

Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bəyannamədə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin II Bakı Sammitinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarları, habelə II Bakı Sammitində iştirakı dərin məzmunlu çıxışı yüksək dəyərləndirilib.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanan həyata keçirilənBakı Prosesi”, “Multikulturalizmİslam Həmrəyliyiilləri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin əhəmiyyəti, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə, Bakı Beynəlxalq Dinlərarası Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələri qeyd edilib.

Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkili, habelə müxtəlif mədəniyyətlərin dinlərin daşıyıcılarının, dövlət, ictimaiyyət elm xadimlərinin görüşləri fikir mübadilələrinin aparılması üçün yaradılan şəraitə görə tədbirin Təşkilat Komitəsinə minnətdarlıq bildirilib.

Zati-müqəddəsləri Moskva Bütün Rusiya Patriarxı Kirillin sivilizasiyalararası dinlərarası əməkdaşlığa töhfələri, bölgədə beynəlxalq miqyasda sülhün əmin-amanlığın qorunmasında, eləcə qarşılıqlı etimad mühitinin yaradılmasında önəmli rolu qeyd olunub.

Zati-müqəddəsləri Roma Papası Fransiskin 2016-cı il noyabrın 2-də Azərbaycana apostol səfəri zamanı Azərbaycanda sivilizasiyalararası dinlərarası dialoqa verdiyi dəyər yüksək qiymətləndirilib. Habelə Papa Fransisk Əl-Əzhərin baş imamı Şeyx Əhməd əl-Tayyib həzrətləri tərəfindən 2019-cu il fevralın 4-də Əbu-Dabidə imzalanmışİnsani qardaşlıq, dünyada sülh birgəyaşayışBirgə Sənədi alqışlanıb.

Zati-müqəddəsləri bütün Gürcüstan katalikos-patriarxı II İlyanın Qafqaz regionunun ənənəvi tolerantlıq mühitinin qorunmasında, bölgədə sülhə əmin-amanlığa nail olunmasında dinlərarası anlaşmanın bu məqsədlər naminə dərinləşməsində müstəsna xidmətləri vurğulanıb.

Qafqaz ona qonşu olan bölgələrin, Mərkəzi Asiya ölkələrinin dini liderlərinin dinlərarası məzhəblərarası əməkdaşlığın inkişafına mənəvi dəyərlərin qorunmasına verdikləri töhfələr qeyd edilib.

Dünyanın müxtəlif regionlarını təmsil edən xristian, müsəlman, yəhudi, buddist, induist digər dini birliklərin rəhbərləri dini konfessiya təmsilçilərinin müasir dünyanı təhdid edən problemlərə dair birgə mövqeyinin bildirilməsi, o cümlədən dinlərarası sivilizasiyalararası həmrəyliyin vacibliyinin bütün dünyaya nümayiş etdirilməsi məqsədilə belə tədbirlərin davamlı əsaslarda təşkil olunmasının əhəmiyyəti vurğulanıb.

Dünya dini liderlərinin II Bakı Sammitində irəli sürülən, Azərbaycan tərəfinin 2020-ci ildə Bakıda “Media sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin siyasi xadimlərin birgə fəaliyyətimövzusunda BMT, KAİCİİD Bakı Beynəlxalq Dinlərarası Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi təşəbbüsü alqışlanıb.

Dünya dini liderlərinin sülh, əmin-amanlıq humanizm ideyalarına xidmət edən dövlət ictimaiyyət institutları, habelə beynəlxalq regional təşkilatlarla əməkdaşlığının vacibliyi qeyd edilib.

2018-ci ilin 25 iyun tarixində BMT-nin Cenevrədəki OfisindəDinlər, inanclar dəyər sistemləri: bərabər vətəndaşlıq hüquqlarımövzusunda keçirilmiş ümumdünya konfransında qəbul olunmuş BMT Baş katibi tərəfindən təsdiq edilmiş Bəyannamə alqışlanıb.

Qarşılıqlı etimad anlaşma mühitində mədəni müxtəlifliyin, sivilizasiyalararası dinlərarası əməkdaşlığın təşviq edilməsinin sülhə, təhlükəsizliyə bəşəri həmrəyliyə töhfə olduğu vurğulanıb bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.

Dünyada terrorizmin, müxtəlif zəminlərdə ayrı-seçkiliyin, ksenofobiyanın, dini etnik zəmində dözümsüzlüyün artması, terrorçu ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü təhrif olunması, mədəni, dini tarixi irsin dağıdılması, eləcə qaçqınların, məcburi köçkünlərin miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı dərin narahatlıq ifadə edilib.

Silahlı münaqişələr, terror aktları, dini etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, mədəni dini irsin talan məhv edilməsi ilə nəticələndiyindən bu xüsusda dünya mədəni mənəvi irsinə aid olan, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində mədəni dini abidələrin dağıdılmasından dərin narahatlıq ifadə olunub.

Özündə bəşəri dəyərləri ehtiva edən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə mənəvi irsinə əhəmiyyətli töhfə verdikləri, humanizmin təşviq edilməsinə, sülhün ədalətin təmin olunmasına xidmət etdikləri xüsusi vurğulanıb.

Dayanıqlı tərəqqiyə, sabitliyə təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrin həllinə, eləcə aqressiv təbliğatlara, etnik dini zəmində yaranan münaqişələrin təhrik olunmasına qarşı mübarizə sahəsində beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinə olan zərurət bildirilib.

Bəyannamədə dövlətlər, Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq regional ictimai təşkilatlar, dini liderlər sivilizasiyalararası dinlərarası qarşılıqlı anlaşmanın əməkdaşlığın təşviq edilməsini gücləndirilməsini davam etdirməyə, terrorizmin insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanması, ayrı-seçkiliyə, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları digər xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə, din adından törədilən hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirməyə, terrorçuların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən istifadə etməsi cəhdlərinin qarşısının alınmasına çağırılıb.

Həmçinin dini dəyərlər rəhbər tutulmaqla yanaşı, dini ayinlərin aidiyyəti dini məkanların yerləşdiyi ölkələrin dövlət siyasəti milli qanunvericiliyinə tam riayət etməklə yerinə yetirilməsinin təmin olunmasına, media, rabitə informasiya texnologiyaları vasitəsilə irqi, dini etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların təbliğatların, nifrətə çağırışların qarşısının alınmasında əməkdaşlığın artırılmasına, gənclərin bu sahədə maarifləndirilməsinin təşviq edilməsinə, BMT-nin mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik təhlükəsizliyə qarşı yönəlmiş təhdid təhlükələrin qarşısının alınması üçün birgə səylərin artırılmasına qlobal dialoqun gücləndirilməsinə, silahlı münaqişə, təqib zorakılıq nəticəsində əziyyət çəkmiş qaçqınlar, məcburi köçkünlər miqrantların problemlərinin həllinə, onların pozulmuş hüquqlarının bərpa olunmasına, eləcə bu cür vəziyyətlərin yaranmasına gətirib çıxaran amillərin aradan qaldırılmasına səy göstərilməsinə çağırış öz əksini tapıb.

Bundan başqa, bəyannamədə bütün dinlərin müqəddəs ibadətgahlarında, o cümlədən səmavi dinlərin müqəddəs məkanı olan Qüdsdə təxribatların zorakılıq hallarının qarşısının alınmasında əməli səy göstərməyə, BMT-nin Nizamnaməsinə beynəlxalq hüququn hamılıqla tanınmış prinsip normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə bu prinsiplərə riayət olunmasının beynəlxalq ictimaiyyət yerli cəmiyyət daxilində təşviq edilməsinə, dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə davam edən münaqişələrin, eləcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə, UNESKO-nun Nizamnaməsinə istinadən, dini, mədəni etnik müxtəlifliyin qəbul olunması buna hörmətlə yanaşılmasının təşviq edilməsinə, habelə dini mədəni irsin qorunmasına, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə BMT-nin Uşaq Hüquqları Konvensiyasına riayət etməyə, insan hüquqları, o cümlədən qadın uşaq hüquqlarının təşviqi müdafiəsi sahəsində din, elm ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırış yer alıb.

 

Azərbaycan.- 2019.- 16 noyabr.- S. 4.