Ceyhanda Azərbaycan nefti ilə 220-dən çox tanker yüklənib

 

Bu ilin ilk 9 ayı ərzində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə 24 milyon tona yaxın (177 milyon bareldən çox) xam neft nəql olunub. Ceyhan terminalında Azərbaycan nefti ilə 222 tanker yüklənib.

BTC Azərbaycanın neft strategiyasının ayrılmaz hissəsidir. Bu boru xətti ilə qapalı hövzə olan Xəzər dənizindən dünya bazarlarına tamamilə yeni bir marşrut açılıb. Başqa sözlə, BTC beynəlxalq bazarlara təhlükəsiz etibarlı çıxışı təmin edən bir marşrutdur regionun enerji ixracının başlıca arteriyası sayılır.

Hazırda "Azəri-Çıraq-Günəşliyataqlarından hasil olunan neftin böyük hissəsi dünya bazarlarına BTC ilə çatdırılır. "Şahdəniz”in kondensatı da bu kəmərə vurulur. BTC vasitəsilə bundan əlavə digər xam neft kondensat həcmləri, o cümlədən Türkmənistan, Rusiya Qazaxıstan nefti nəql olunur.

2006-cı ilin ortalarında tam sistem kimi istifadəyə veriləndən bəri BTC ilə ümumilikdə 440 milyon tona yaxın (3,3 milyard barel) xam neft ixrac edilib. Bu neft Ceyhanda 4307 tankerə yüklənərək dünya bazarlarına çıxarılıb.

Bu il yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev ötən 15 il ərzində baş verən mühüm hadisələr sırasında BTC-nin fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etdiyini bir daha vurğulamışdır: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir. Əgər bu layihələr icra edilməsə idi, biz bu qədər vəsait əldə edə bilməzdik. Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız yoxdur bizə mütləq neft-qaz kəmərləri lazımdır. Bu kəmərlərin tikintisi həm maliyyə, həm siyasi, həm beynəlxalq əməkdaşlıq baxımından çox mürəkkəb çətin bir layihələr idi. Biz bunu da bacardıq. Bu gün iki kəmər vasitəsilə resurslarımız dünya bazarlarına göndərilir”.

BTC Ko.-nun səhmdarları BP (Böyük Britaniya, 30,1 faiz), AzBTC (Azərbaycan, 25 faiz), "Şevron” (ABŞ, 8,9 faiz), "Ekvinor” (Norveç, 8,71 faiz), TPAO (Türkiyə, 6,53 faiz), "Eni” (İtaliya, 5 faiz), "Total” (Fransa, 5 faiz), "İtoçu” (Yaponiya, 3,4 faiz), "İnpeks” (Yaponiya, 2,5 faiz), "EksonMobil” (ABŞ, 2,5 faiz) ONGC (Hindistan, 2,36 faiz) şirkətləridir. Layihəyə BP operatorluq edir. Bu şirkətdən aldığımız məlumata görə, ilin əvvəlindən BTC üzrə əməliyyat xərclərinə təqribən 95 milyon dollar, əsaslı xərclərə təqribən 25 milyon dollar vəsait sərf olunub.

Xatırladaq ki, uzunluğu 1768 kilometr olan BTC-nin gündəlik ötürücülük gücü 1,2 milyon barel təşkil edir. Kəmərin boruları əsasən 42 düymdür. Coğrafi vəziyyətdən asılı olaraq xəttin bəzi hissələri 46 34 düymlük borularla çəkilib.

Üç tranzit ölkə boyu BTC-nin 8 nasos stansiyası (2-si Azərbaycanda, 2-si Gürcüstanda, 4-ü Türkiyədədir) 98 siyirtmə məntəqəsi var. Boru xətti Ceyhanda dəniz səviyyəsinə enməzdən əvvəl dağlarda 2830 metrlik ən yüksək nöqtəsinə qalxır. Kəmər öz marşrutu boyu bir neçə dağ silsiləsindən keçir. 3000 yol, dəmir yolu, yeraltı yerüstü kommunikasiya xətləri ilə, yüzlərlə su hövzəsi ilə kəsişir.

BTC-ni səssiz kəmər adlandırırlar. Çünki boruları torpağın altında, ən azı bir metr dərinlikdə basdırılıb. Bu, onun təhlükəsizliyini təmin edən şərtlərdən biridir. BTC-nin digər üstünlüyü Dardanel Bosfor boğazlarından yan keçərək tankerlərin hərəkətinə mane olmamasıdır. BTC həm tikintisinə başlandığı vaxtdan indiyədək dolayısı ilə (keçdiyi ərazilərdə həyata keçirilən sosial layihələrlə) bilavasitə gətirdiyi gəlirlərlə bütün regiona xeyir-bərəkət bəxş edir.

BTC-nin Azərbaycanda qət etdiyi ərazilərdə havalar hələlik mülayim keçsə , kəmərin marşrutunun digər hissələri - Gürcüstan Türkiyə dağları artıq qarla örtülüb. Bununla belə, xəttin fəaliyyəti ahəngdar təhlükəsiz şəkildə davam edir. Kəmərin bütün yerüstü obyektləri maneəsiz işləyir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 17 noyabr.- S. 1; 3.