Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
Noyabrın
16-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə
naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin
yekunlarına dair xidməti müşavirə keçirilib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, nazir müavinləri, qoşun növləri komandanları,
baş idarə, idarə və xidmət rəisləri, birlik
komandirlərinin iştirakı ilə keçirilən
müşavirəyə cəbhə bölgəsində yerləşən
birləşmə komandirləri və digər məsul zabitlər
də videobağlantı vasitəsilə cəlb olunub.
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən
keçirilən əməliyyat təliminin nəticələrini
təhlil edən Müdafiə naziri qarşıya qoyulan
tapşırıqların müvəffəqiyyətlə yerinə
yetirildiyini bildirib, komandir heyətinin qoşunları idarə
etmək bacarığını, ümumilikdə hərbi
qulluqçuların peşəkarlıq səviyyəsini
yüksək qiymətləndirib.
Nazir
təlimin əhəmiyyətini qeyd edərək, Ali Baş
Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu
müvafiq tapşırıqları komandir-rəis heyətinə
çatdırıb, döyüş
hazırlığının daha da yüksəldilməsi məqsədilə
müxtəlif səviyyələrdə təlim və məşqlərin
sayının və səmərəliliyinin
artırılmasını əmr edib.
General-polkovnik
Z.Həsənov ön xətdə yerləşən bölmələrin
döyüş hazırlığı, müdafiə
sisteminin hərtərəfli təminatı, döyüş
növbətçiliyinin və qoşunların
döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi
ilə əlaqədar müvafiq göstəriş verib.
Müşavirədə
şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin
yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi
işinin real faktlardan istifadə edərək qəhrəmanlıq
nümunələrinə əsaslanmaqla həyata keçirilməsinin,
hərbi qulluqçuların Vətənə, dövlətə
və Ali Baş Komandana misilsiz sədaqət ruhunda tərbiyə
olunmasının vacibliyi qeyd olunub.
Azərbaycan.- 2019.- 17 noyabr.- S. 3.