Daxili İşlər naziri
Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun
rəisini şəxsi heyətə təqdim edib
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, noyabrın
16-da nazir V.Eyvazov İnterpolun Milli Mərkəzi
Bürosuna gedərək polis
polkovniki Ə.Ağayevi
şəxsi heyətə təqdim edib. Nazir xidməti fəaliyyətin daha səmərəli və effektiv
təmin olunması üçün tələblərini
diqqətə çatdırıb və tövsiyələrini
verib.
Azərbaycan.- 2019.- 17 noyabr.- S. 3.