Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

 

Məzahir Pənahovun sədrliyi ilə noyabrın 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Mediaictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 11 noyabr 2019-cu il tarixli iclasının protokolu təsdiq edilib.

Sonra 2019-cu il dekabrın 23-nə təyin olunmuş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Mirzəzadə Aydın Böyükkişi oğlunun üzvlüyünün təsdiq olunmasına qərar verilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilibcari məsələlərə baxılıb.

 

Azərbaycan.- 2019.- 17 noyabr.- S. 3.