2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 14/58

 

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 2019-cu il 6 noyabr tarixli iclasının qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Böyükkişi oğlu Mirzəzadə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) məşvərətçi səs hüquqlu üzv təyin olunmuşonun məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilməsi üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilməsi üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 21-ci, 28.2-ci, 28.4-cü və 223-cü maddələrinə əsasən qərara alır:

 

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Aydın Böyükkişi oğlu Mirzəzadə Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

 

Katib Arifə Muxtarova

 

Katib Mikayıl Rəhimov

 

Azərbaycan.- 2019.- 17 noyabr.- S. 3.