Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri: “Prezident İlham Əliyev müasir dünyanın böyük dövlət xadimlərindən biridir

 

Abdullah Mətuq Əl-Mətuqa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub

 

Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda BMT Baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Mətuq Əl-Mətuqa institutun fəxri doktoru diplomu təqdim olunub.

AZƏRTAC xəbər verir ki, görkəmli ictimai xadim Abdullah Mətuq Əl-Mətuq bu fəxri ada Azərbaycan-Küveyt dostluq əlaqələrinin inkişafında və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda müdafiəsindəki böyük xidmətlərinə görə layiq görülüb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın xarici siyasətində İslam ölkələrinin mühüm yer tutduğunu bildirib, Abdullah Mətuq Əl-Mətuqun ictimai, siyasi fəaliyyətindən, xeyriyyəçilik işlərindən söz açıb, onun hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğunu deyib. Hər zaman İslam ölkələrinin problemləri ilə məşğul olan Abdullah Mətuq Əl-Mətuqun Azərbaycana sevgisi böyükdür. Xalqımızın yaxın dostu Abdullah Mətuq Əl-Mətuq Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevlə dəfələrlə görüşüb.

İki ölkə arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən söz açan Abdullah Mətuq Əl-Mətuq Küveytin hər zaman bütün sahələrdə Azərbaycan dövlətinin və xalqının yanında olduğunu söyləyib. O, ölkəmizə hər səfərində Azərbaycanın sürətlə inkişaf etdiyini deyib. Qonaq bildirib ki, bütün Azərbaycan həqiqətlərini öz səlahiyyətləri çərçivəsində bəyan və müdafiə edir: "Prezident İlham Əliyevlə görüşlərim olub. O, müasir dünyanın böyük dövlət xadimlərindən biridir. Hazırda Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edirəm”.

Abdullah Mətuq Əl-Mətuq institutun fəxri doktoru diplomuna layiq görüldüyündən məmnunluğunu bildiribbunun gələcəkdə humanitar sahələrdə və xeyriyyəçilik fəaliyyətində stimul olacağını vurğulayıb.

 

Azərbaycan.- 2019.- 17 noyabr.- S. 4.