Tələbə-pianoçunun
uğuru
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsi, Prezident təqaüdçüsü, Almaniyada, İngiltərədə, Estoniyada, Belçikada və Danimarkada keçirilən ifaçılıq yarışlarının laureatı Leyla Zeynalova Riqada gənc pianoçuların VIII beynəlxalq müsabiqəsində uğurla çıxış edərək birinci yerə layiq görülüb.
Redaksiyamıza daxil
olan məlumatda bildirilir
ki, professor Kəmalə
Neymanovanın sinfində təhsil alan tələbə-pianoçu
İohann Baxın musiqilərinin,
latviyalı bəstəkar M.Drustenin "Folk İmpression” əsərinin
ən yaxşı ifaçısı kimi
Almaniyanın Aynbek şəhərində
keçiriləcək Qış Akademiyasına dəvət
alıb, habelə münsiflər heyəti tərəfindən
xüsusi mükafatla
təltif edilib.
Azərbaycan.- 2019.- 17 noyabr.- S. 6.