Türkiye” qəzeti: Mehriban Əliyeva Avropadünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb

 

Türkiyənin nüfuzlu "Türkiye” qəzetində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında "Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik ruzigarı” adlı geniş məqalə dərc olunub.

AZƏRTACxəbər verir ki, publisist Yücəl Koçun müəllifi olduğu məqalədə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyətdən gələn səsləri diqqətlə dinlədi, Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə gətirilməsi ilə dəyişikliklərin düyməsinə sıxıldı. Ölkədə köhnəlmiş idarəetmə bir tərəfə qoyuldutamam başqa bir siyasət aparılır.

Müəllif yazır: "Azərbaycan sənəti, mədəniyyəti, ənənələri, qədim tarixi və ədəbiyyat zənginliyi ilə Qafqazın göz bəbəyidir... Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilən, saysız-hesabsız sınaqlardan çıxan və bütün itkilərə baxmayaraq, öz sistemini, dövlətçilik ənənələrini nizama salmağı bacaran ölkədir...

Azərbaycan erməni lobbisionun dünyadakı tərəfdarlarının gücünə, torpaqlarının bir qisminin işğalda olmasına baxmayaraq, dünya birliyində özünə layiqli yer qazanmaq üçün əhəmiyyətli layihələrə imza atıb. Prezident İlham Əliyevin siyasi iradəsi, çevikliyi və qətiyyəti bu məsələlərdə Azərbaycanı addım-addım uğurlara aparmaqdadır”.

Məqalədə qeyd olunur ki, Gürcüstan, Ermənistan və Ukraynadakı vəziyyətlərə nəzər yetirdikdə Rusiya ilə ciddi qarşıdurmada olan güclərin regiondakı ölkələri təsirdə saxladıqlarını və belə də davam edəcəklərini gördükdə Azərbaycanın indiki siyasi addımlarının mənasını analiz etmək daha asandır.

İranRusiya ilə qonşu olması səbəbindən də Azərbaycanın coğrafi mövqeyirolu fərqli şəkildə təhlil edilməlidir. İran əhalisinin böyük hissəsinin Azərbaycan türklərindən ibarət olması isə İranın Azərbaycanın siyasi həyatına necə təsir etmək cəhdlərini açıq şəkildə göstərir.

Karbohidrogen ehtiyatlarının Azərbaycanı böyük enerji oyunlarının mərkəzinə gətirməsi və bu fırtına içində özünü necə qoruya bilməsini anlamağımız lazımdır. Bu vəziyyət Prezident İlham Əliyevin balanslaşdırılmış siyasətinin necə həssaslıqla dizayn olunduğunun göstəricisidir.

Yücəl Koç yazır ki, Azərbaycan iqtisadi cəhətdən gücləndi, dəyişikliklərin davamlı hal alması üçün Prezident Əliyevin ciddi həmlələri gündəmdədir. "Prezident İlham Əliyev cəmiyyətin hansı dəyişiklik arzuladığını bilirsözün əsl mənasında, bu məsələdə dinləmək siyasətini genişləndirib. Fərqindədir ki, liderə və dövlət başçısına dəstək olan yeganə amil öz xalqı ilə ittifaq içində olmaqdır. Sosial və digər bütün növ mediadakı xəbərləri, xalqdan gələn səsləri və hətta ən ucqarlardakı səsləri belə eşitmək, bu səslərə qulaq asmaqmövcud vəziyyətdən sui-istifadə etmək istəyən böyük güclərin narazılıqlardan istifadə etməsinə imkan verməmək bir siyasətçi və dövlət başçısı üçün misilsiz bacarıqdır”.

Müəllif əlavə edir ki, uzun illər ölkənin idarəçiliyində olmuş, yaşları ötmüş şəxslər xalqda ciddi etiraza səbəb olurdu. Günün tələbi idi ki, qapılar yeni nəsil üçün açılsın və mövcud vəziyyətdə milli dəyərlər gücləndirilsin. Bu mənada Birinci vitse-prezident vəzifəsinə təyin olunan Mehriban Əliyevanın müəyyənləşdirdiyi yol və idarəetmə üsulu prosesi daha da irəli apardı.

Müəllif onu da yazır ki, uzun illərdir Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Avropadünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb. Azərbaycana ciddi beynəlxalq təsiri olan layihələr gətirmək sayəsində dünyada Azərbaycanla bağlı lobbilərlə münasibətlər qurmağa nail oldu. Hər tərəfdən blokadaya alınan Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması üçün mədəni layihələr işə salındı və bununla da blokadaların aradan qaldırılmasına başlanıldı. Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə gətirilməsi qeyd olunan istiqamətlərdə qazanılan nəticələri şərh etmək üçün həqiqəti ortaya qoydu. Xalq arasında böyük nüfuzu olan Mehriban Əliyeva tamamilə fərqli bir yolu sınaqdan keçirməyə başladı. Cəmiyyətin fərqli siyasi təbəqələrini, hətta narazıları belə mərkəzə çəkməklə, onları dinləmək və etiraz etdikləri məsələlərin çarəsini tapmaq siyasəti birinci xanımın siyasi uzaqgörənliyini, güclü zəkasını və idarəetmə qabiliyyətini nümayiş etdirdi.

Məqalədə o da vurğulanır ki, Mehriban xanım Prezident Əliyev idarəçiliyinə müxalif olanlara, hətta belə demək mümkünsə, nifrət edən siyasi dairələrə qarşı "yumşaq və dinləyən tərəf” profilini ortaya qoymaqla ictimai sabitliyin qorunmasında Azərbaycana yeni nəfəs gətirib. Azərbaycan yenidən və daha fərqli dəyişiklik modelinə keçdiyini son aylarda atdığı addımlarla açıq nümayiş etdirir. İdarəçilikdən getməsi mümkün hesab edilməyən şəxslərin təqaüdə göndərilməsi isə dövlətçilik ənənələri baxımından yeni bir mənzərə sərgiləyir.

Müəllif yazır ki, Mehriban Əliyevanın xüsusilə sabiq prezident Əbülfəz Elçibəyin xatirəsinə və onun ailəsinə göstərdiyi ehtiram ictimaiyyətdə böyük rəğbət doğurdu. Mərhum Elçibəyin evinin təmir edilib oğluna təhvil verilməsi xalq tərəfindən ehtiramla qarşılandı. Elçibəyin bir neçə ay əvvəl dünyasını dəyişən həyat yoldaşının yas mərasimi xərclərinin Mehriban Əliyeva tərəfindən qarşılanması onun milli dəyərlərə nə qədər hörmətlə yanaşdığını ortaya qoydu.

Yazıda qeyd olunur ki, Azərbaycan hakimiyyətinə ən ağır ittihamlar yağdıran, Əliyevlər ailəsinə tənqid dolu çıxışları ilə müxalifətçilik edən Oqtay Güləliyevin qəza nəticəsində xəstəxanaya düşməsi də Mehriban Əliyevanın diqqətindən yayınmayıb. Qəzada Əliyev hakimiyyəti günahkar hesab olunsa da, Güləliyevin Birinci vitse-prezidentin tapşırığına əsasən özəl təyyarə ilə Türkiyəyə göndərilməsi və bütün müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanması Azərbaycanda ictimai sabitliyin ünvanının da Mehriban Əliyeva olduğunu açıq şəkildə göstərir.

Yücəl Koç yazır ki, Azərbaycan özünüGürcüstan, nə də Ukrayna kimi macəralı küləklərə təslim etməyəcək: "Çünki Azərbaycanın yerirolu fərqlidir. Geosiyasi baxımdan Azərbaycanı gəldiyi bu nöqtədə əzməyə cəhd edən güclərin olduğu aşkardır. Ermənistan tərəfindən edilən və mütəmadi olaraq müharibənin başlanmasına hesablanan təxribatçı hərəkətlərin əsas səbəbi də budur. Yeni gərginlik və müharibə şəraiti böyük güclər üçün zəmin yaranması mənasını daşıyır. Bunu birbaşa görən və bu dəyişikliyi başqalarının əli ilə deyil, öz millətinin nümayəndələri ilə birlikdə həll etmək uğurun ən böyüyü olacaq”.

 

Azərbaycan.- 2019.- 20 noyabr.- S. 3.