Daxili İşlər naziri
Baş Narkotiklərlə Mübarizə
İdarəsinin rəisini şəxsi heyətə təqdim edib
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisi, polis polkovniki İslam Hümbətovu bu qurumun şəxsi heyətinə təqdim edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis polkovniki İ.Hümbətovu uzun illər daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət etmiş təcrübəli polis zabiti kimi xarakterizə edən general-polkovnik Vilayət Eyvazov baş idarənin əməkdaşlarına müasir dövrün tələb və çağırışları kontekstində xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi üçün konkret tapşırıq və tövsiyələrini verib, qarşıda duran yeni vəzifələrdən danışıb.
Nazir insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən, transmilli mütəşəkkil cinayətkarlığın qlobal xarakter almış ən qorxulu və zərərli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin əhəmiyyətini qeyd edib, bu mübarizənin dövlət siyasəti olmaqla ölkə Prezidentinin daim nəzarətində olduğunu vurğulayıb.
Daxili İşlər naziri V.Eyvazov baş idarənin struktur qurumları arasında
qarşılıqlı əlaqələrin effektiv
təşkilini, əməkdaşların peşəkarlığının,
tapşırılan sahəyə cavabdehliyinin
artırılmasını, tələbkarlıq və nəzarətin
daha da gücləndirilməsini
tələb edib. O,
narkotiklərin qanunsuz dövriyyəsi ilə
məşğul olan şəxslər barədə
əməliyyat məlumatlarının əldə edilməsinin,
onların ifşa olunması üçün ixtisaslı əməliyyat tədbirlərinin
hazırlanıb həyata keçirilməsinin, bu sahədə xarici
dövlətlərin müvafiq
qurumları ilə informasiya və təcrübə
mübadiləsinin daha səmərəli
qurulmasının vacibliyini diqqətə
çatdırıb.
Azərbaycan.- 2019.- 17 noyabr.- S. 5.