Haaqadaİstanbul prosesinin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb

 

Noyabrın 18-19-da Niderland Krallığının Haaqa şəhərində bu ölkənin Xarici İşlər Nazirliyi və "Universal Hüquqlar Qrupu” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə "İstanbul prosesinin "Dini dözümsüzlüklə mübarizə: İnklüzivdözümlü cəmiyyətlər qurmaq, nifrət və zorakılığı geridə qoymaqmövzusunda növbəti VII görüş keçirilib.

Məlum olduğu kimi, "İstanbul prosesi” BMT İnsan Hüquqları Şurasının 2011-ci ildə qəbul etdiyi "Din və əqidə əsasında insanlara qarşı dözümsüzlük, mənfi stereotiplər, stiqmatizasiya, ayrı-seçkilik, zorakılığa təhrik və zorakılıqla mübarizə” adlı 16/18 nömrəli və BMT Baş Assambleyasının oxşar məzmunlu 66/167 nömrəli qətnamələrində qeyd edilən hallarla mübarizəni nəzərdə tutan fəaliyyət planının həyata keçirilməsi üçün mexanizmdir. Sözügedən qətnamələr din və əqidə əsasında dözümsüzlüklə mübarizə aparmaq üçün əsas hökumətlərarası siyasət çərçivəsi hesab olunur. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı tərəfindən irəli sürülmüş və 16/18 nömrəli qətnamənin təşkilatın üzvü qismində əsas sponsorlarından biridir. 2011-ci ildə İstanbulda təsis olunandini dözümsüzlüyə qarşı mübarizəni, dinya etiqad azadlığının təşviq olunmasını nəzərdə tutan "İstanbul prosesinin indiyədək müxtəlif ölkələrdə altı görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, "İstanbul prosesinin builki görüşündə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib.

Etibar Nəcəfov tədbirin "Dinlərarası dialoq, sosial inteqrasiya və təhsil vasitəsilə tolerantinklüziv cəmiyyətlərin qurulması” adlı sessiyasında çıxış edərək Azərbaycanın tolerantinklüziv cəmiyyətin qurulması sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən danışıb. O, bu nailiyyətlərin əldə olunmasında ölkəmizin multikulturalizm siyasətinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Belə ki, multikulturalizm siyasəti cəmiyyətdəki etnik, dini və mədəni müxtəlifliklərin, eləcə də onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasını təmin etməklə ölkə daxilində inteqrasiya proseslərini möhkəmləndirir və bununla da etnikdini zəmində qarşıdurmanın qarşısını alır.

Şöbə müdiri multikulturalizm siyasətinin ölkəmizin daxilixarici siyasətində özünü büruzə verdiyini qeyd edərək bu siyasətin daxili siyasətdəki təzahürünü ölkəmizdə dinetiqad azadlığının təmin edilməsində, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasında, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin göstərilməsində, ölkə daxilində dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında olduğunu söyləyib.

Xarici siyasət sahəsində isə multikulturalizmin əsas təzahürlərindən biri ölkəmiz tərəfindən bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun təşviq olunmasıdır. E.Nəcəfov qeyd edib ki, Azərbaycan 2008-ci ildən bəri bu dialoqu müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan "Bakı prosesi” çərçivəsində uğurla həyata keçirir.

"Bakı prosesi” çərçivəsində Azərbaycanda bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyini qeyd edən şöbə müdiri ötən həftə uğurla baş tutmuş Dünya dini liderlərinin II Bakı Sammiti barədə tədbir iştirakçılarına məlumat verib. O, sammitdə dünyada müxtəlif dini konfessiyalar arasında dialoq və əməkdaşlığın təşviq olunması, dinya etiqad azadlığının demokratik cəmiyyətin inkişafında rolu, islamofobiya, antisemitizmxristianofobiya kimi dini dözümsüzlüyün formalarına qarşı mübarizənin vacibliyi məsələlərinin müzakirə olunduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb. Şöbə müdiri həmçinin sammitdə qəbul olunmuş "Bakı Bəyannaməsi”nin əsas müddəaları haqqında görüş iştirakçılarına məlumat verib.

 

Azərbaycan.- 2019.- 20 noyabr.- S. 10.