Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi
səfər edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiya Federasiyasına rəsmi səfərə gəlib.
AZƏRTAC-ın xüsusi
müxbiri xəbər verir
ki, Moskvanın "Vnukovo
2” Beynəlxalq Hava Limanında Birinci vitse-prezident Mehriban Əliyevanı Rusiyanın Xarici İşlər nazirinin
müavini Aleksandr Pankin, Rusiyanın Azərbaycandakı səfiri
Mixail Boçarnikov, Rusiya Xarici İşlər
Nazirliyinin Dövlət Protokol
İdarəsinin rəisi İqor Boqdaşev və Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu
qarşıladılar.
Azərbaycan.- 2019.- 21 noyabr.- S. 1.