Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib

 

Noyabrın 20-də Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov iclasda iştirak edib.

İclas iştirakçıları MDB məkanında regional təhlükəsizliyin təmin olunması, Təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlıq, qlobal təhlükəsizlik və strateji sabitliyə dair mövzuları və digər məsələləri müzakirə ediblər.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iclasın açılışında çıxış edərək bildirib ki, iştirakçılar MDB məkanında təhlükəsizliyin təmin olunması məqsədilə mövcud problemlərin həllinə birgə yanaşmaları işləyib hazırlayacaqlar.

 

Azərbaycan.- 2019.- 21 noyabr.- S. 2.