R.İ.Hüseynovun Masallı Rayon
İcra Hakimiyyətinin
başçısı vəzifəsindən azad
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 noyabr 2019-cu il.
Azərbaycan.- 2019.- 21 noyabr.- S. 2.