“Azərbaycan Respublikasının
şəhər və rayonlarında çoxmənzilli
binaların lift təsərrüfatının
maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli
927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 2, maddə 258; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 1481 nömrəli Sərəncamı) Əlavə - "Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı”nın "Binaların sayı, ədəd” sütununda "237” rəqəmləri "266” rəqəmləri ilə, "146” rəqəmləri "170” rəqəmləri ilə, "İstismara yararsız liftlərin sayı, ədəd” sütunlarında "751” rəqəmləri "798” rəqəmləri ilə, "542” rəqəmləri "581” rəqəmləri ilə, "620” rəqəmləri "664” rəqəmləri ilə, "413” rəqəmləri "449” rəqəmləri ilə, "131” rəqəmləri "134” rəqəmləri ilə, "129” rəqəmləri "132” rəqəmləri ilə, "Sayı, ədəd” sütunlarında "192” rəqəmləri "218” rəqəmləri ilə, "103” rəqəmləri "124” rəqəmləri ilə, "45” rəqəmləri "48” rəqəmləri ilə, "43” rəqəmləri "46” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 noyabr 2019-cu il
Azərbaycan.- 2019.- 26 noyabr.-
S. 2.