“Gənclər arasında könüllülüyün təbliği”

 

"İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər arasında könüllülüyün təbliği” adlı layihə həyata keçirib.

Layihə çərçivəsində Lənkəran şəhərində 2 qrupda toplam 4 günlük təlim olmuş və 50 nəfər gənc bu təlimlərdə iştirak etmək hüququ qazanmışdır. Təlimlərə qatılan gənclərin əksəriyyəti Lənkəran, Astara, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan yeniyetmə və gənclər olmuşlar.

Təlim zamanı iştirakçı gənclərə könüllülük, onun gəncin həyatında və karyerasında rolu, eləcə də cəmiyyətin inkişafında əhəmiyyəti nəzəri və praktiki olaraq nümayiş etdirilmişdir. Bu tədbirdə iştirak edən gənclərin böyük əksəriyyəti təlimlərdən, onun təşkil olunmasından və eləcə də könüllülük mövzusunda əldə etdikləri məlumatlardan çox razı qalmış və gələcək sosial fəaliyyətlərində birbaşa maraqlı olduqlarını bildirmişlər. Sonda iştirakçı gənclərə sertifikatlar təqdim edilmiş və bərabər xatirə şəkilləri çəkilmişdir.

 

Azərbaycan.- 2019.- 21 noyabr.- S. 9.