Xaricdə təhsil
sahəsində növbəti uğurlu
layihə
Hədəf Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını təmin etməkdir
Qloballaşma dövründə təhsilin iqtisadi həyatda artan rolu bilik iqtisadiyyatının formalaşdırılmasını və insan kapitalının hərtərəfli inkişafını zərurətə çevirib.
Bu reallıq ölkədə ali təhsil sisteminin modernləşdirilməsini və beynəlxalq rəqabətliliyinin artırılmasını tələb edir. Dünyanın irəlidə gedən ölkələri davamlı inkişaf yoluna məhz ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətliliyinin gücləndirilməsi sayəsində nail olublar.
Bu mənada Azərbaycan növbəti dəfə müstəqillik illərində xaricdə təhsil sahəsində həyata keçirilmiş ən mühüm layihələrindən birinin icrasına başlayır. Hədəf Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını təmin etməkdir. Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən 2018-ci il noyabrın 16-da "2019-2023-cü illərdə Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması barədə Dövlət Proqramı” təsdiq olunub. Növbəti mərhələdə isə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli qərarı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları” və "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları” təsdiq edilib.
Məqsəd yerli ali təhsil müəssisələrinin
akademik potensialının gücləndirilməsidir
Dövlət proqramı milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini nəzərdə tutur. Proqramda Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri müəyyənləşib. Buna uyğun olaraq, dünyanın nüfuzlu universitetlərində yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək. Məqsəd yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsidir. Doktorantlara ayrılan dəstək eyni zamanda ölkədə elmi tədqiqatların inkişafında mütləq rol oynayacaq, gənclərin elmə marağını artıracaq, onlar tədqiqatların aparılmasında maraqlı olacaqlar.
Prioritet istiqamətlər
Dünya ali təhsil sistemində baş verən dəyişikliklərə cavab olaraq Azərbaycanda intellektual potensialın gücləndirilməsinə xidmət edən bu sənəddə ölkə iqtisadiyatının inkişaf trendlərinə uyğun ən zəruri istiqamətlər əksini tapıb. Belə ki, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilib: təbiət ixtisasları istiqaməti: riyaziyyat; mexanika; astronomiya; fizika; kimya; biologiya elmləri; yer elmləri; coğrafiya.
Kənd təsərrüfatı ixtisasları istiqaməti: aqrar elmlər.
Səhiyyə və rifah ixtisasları istiqaməti: tibb elmləri; əczaçılıq elmləri; səhiyyənin idarə edilməsi.
Texniki və texnoloji ixtisaslar istiqaməti: texnika elmləri.
İqtisadiyyat və idarəetmə ixtisasları istiqaməti: iqtisad elmləri.
Təhsil ixtisasları istiqaməti: pedaqogika; psixologiya; təhsilin idarə edilməsi.
Humanitar
və sosial ixtisaslar istiqaməti: tarix; sosiologiya; hüquq elmləri.
İl ərzində 100-ə yaxın şəxsin təhsili maliyyələşdiriləcək
Doktoranturaya qəbulun çətin
proses olduğu nəzərə alınaraq
xaricdə doktorantura təhsili almaq üçün hər semestr ərzində təxminən 40-50 şəxsin
proqramdan yararlanması
nəzərdə tutulub.
İlkin olaraq il ərzində
100-ə yaxın şəxsin
təhsilinin maliyyələşdirilməsi
həyata keçiriləcək.
Gələcəkdə müraciət sayı
çoxalarsa, bu rəqəm artırıla
bilər. Bir şəxs
üçün nəzərdə
tutulan ödəniş
məbləği ölkə
və universitetə görə fərqlənir.
Çünki hər ölkənin
yaşayış və
təhsil xərcləri
eyni deyil. Xaricdə təhsil çərçivəsində
proqram iştirakçılarının
təhsil, viza və təhsil aldığı ölkədə
qeydiyyat, aylıq yaşayış, tibbi sığorta, beynəlxalq
nəqliyyat xərcləri
ödəniləcək.
Seçim qaydalarına əsasən,
dövlət hesabına
Azərbaycan Respublikasının
ali təhsil ocaqlarında, elmi müəssisə və təşkilatlarda, Azərbaycan
Milli Elmlər Akademiyasında doktorantura səviyyəsi üzrə
təhsilin normativ müddətinin yarısından
artıq müddətdə
təhsil alan, doktorantura səviyyəsi üzrə təhsilini başa vurmuş, habelə Azərbaycan Respublikasının dövlət
proqramları və beynəlxalq müqavilələri
çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslər
proqram iştirakçılarının
seçilməsində namizəd
qismində iştirak edə bilməzlər.
Digər mühüm məqamlardan biri də odur
ki, xaricdəki reytinqli universitetlərə
qəbul olunan və hazırda təhsillərini davam etdirən şəxslər
də proqramdan istifadə edə bilərlər.
Xaricdə doktorantura təhsilinin maliyyə hissəsi Azərbaycan Dövlət Neft Fondu tərəfindən
ödəniləcək. Doktorantura
səviyyəsi üzrə
istiqamətlər may ayından
müəyyənləşib və bütün ixtisasları özündə
ehtiva edir. 2020-ci ilin yaz
semestri üçün
sözügedən Dövlət
proqramı çərçivəsində
xaricdə doktorantura təhsili üçün
artıq noyabrın
18-dən müvafiq elan
verilib. Sənəd qəbulunun ildə
2 dəfə aparılması
gözlənilir.
Doktorantura hazırlığı reytinqli universitetlərdə
həyata keçiriləcək
Seçim qaydalarına əsasən,
doktorantura səviyyəsində
mütəxəssis hazırlığı
dünyanın ən reytinqli universitetlərində
aparılacaq. Belə ki, proqram iştirakçılarının
seçimi meyarları
arasında namizədin
təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (namizədin
təhsili iki və ya daha
artıq sayda xarici ali təhsil
müəssisəsində aparıldığı
halda, onların hər birinin) "Times
Higher Education (THE) World University Rankings”, "Academic Ranking of
World Universities (Shanghai)” beynəlxalq reytinqlərin hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə
500-cü yerdən aşağı
olmayan sırada yer alması şərti əksini tapıb.
Bundan başqa, namizədin xarici ali
təhsil müəssisəsinə
qəbul olunması, bakalavr və ya magistr ali
təhsil dərəcəsinə
malik olması, təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi-tədqiqat işlərini
aparmaq, məntiqi mühakimə yeritmək,
kommunikasiya bacarıqları,
özünəinam və
inandırma qabiliyyəti
də müsahibə zamanı qiymətləndirilir.
Qeyd edək ki, növbəti
Dövlət proqramı
ölkəmizin ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması,
insan kapitalının
inkişaf etdirilməsi,
strateji əhəmiyyət
kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından
mühüm əhəmiyyət
daşıyır.
Yeni proqram doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin
əldə etdikləri
beynəlxalq təcrübənin
elmi-pedaqoji sahədə
tətbiqinə, məzunların
işlə təmin olunmasına imkan yaradacaq. Həmçinin ayrı-ayrı ölkələrdən
olan alimlərlə birgə tədqiqatlar aparılması, beynəlxalq
səviyyədə əlaqələrin
genişləndirilməsi elmdə
müsbət nəticələrə
gətirib çıxaracaq.
Qeyd olunmalıdır ki, doktorantura təhsilinin yenilənməsi ölkə
universitetlərinin dünyanın
nüfuzlu ali
məktəbləri ilə
əməkdaşlığına təkan verəcək. Proqramın əhatə dairəsinin genişlənməsi, beynəlxalq
təcrübənin öyrənilməsi
gənclərin təhsilinə,
onların zəruri bilik və səriştələr
əldə etməsinə
töhfə olacaq.
Proqramda nəzərdə
tutulmuş mühüm
hədəflərə nail olunması gələcəkdə
ölkəmizin ali təhsil sisteminə müsbət təsirini göstərəcək.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 21 noyabr.- S. 11.