Prezident İlham Əliyev: “Azərbaycan
çoxkonfessiyalı, multietnik ölkədir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Rabbi Abraham Kuperi və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri, yevangelist din xadimi Conni Muru qəbul edib.
AZƏRTAC xəbər verir ki, Rabbi Abraham KUPER dedi:
-Hesab
edirəm ki,
Sammitin
özü heyrətamiz
və uğurlu idi.
Ümid edirik ki, Azərbaycan lider ölkə olaraq, sadəcə, danışmaqla yox, çoxkonfessiyalılıq, liderlik
nöqteyi-nəzərdən özünün təqdim
olunmasında səylərini
davam etdirəcək.
Biz buraya gələndə
özümüzü evimizdəki
kimi hiss edirik. Biz bilirik ki, bu,
əsasən Sizin şəxsən
rəhbərliyiniz və
mərhum atanızın
birgə səyləri
nəticəsində mümkün
olmuşdur.
Söhbət zamanı Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinə də
toxunuldu. Prezident İlham Əliyev
Azərbaycan torpaqlarının
20 faizinin Ermənistan
tərəfindən işğal
edildiyini, soydaşlarımızın
öz doğma torpaqlarından qovulduğunu
bildirdi.
Prezident İlham ƏLİYEV dedi:
-Bütün azərbaycanlılar torpaqlarından
qovulmuşdur və bundan sonra ermənilər
qeyri-qanuni, saxta
referendum təşkil etdilər
və heç kim onun
nəticələrini tanımır.
O vaxtdan bəri onlar bir neçə
dəfə saxta referendumlar təşkil etmiş, lakin Minsk qrupunun həmsədr ölkələri olan Amerika Birləşmiş Ştatlarının, Rusiyanın
və Fransanın hökumətləri bunu açıq şəkildə
pisləmişdir. Onlar bizim
məscidlərimizi dağıtmış,
lakin biz erməni kilsəsini bərpa etmişik. Beləliklə, bu, bizim və onların dini abidələrə münasibətimizin göstəricisidir.
Azərbaycan çoxkonfessiyalı, multietnik ölkədir, Ermənistan isə monoetnik ölkədir.
Bütün digər etnik
qrupların nümayəndələri
qovulmuşdur. Eşitmişəm ki, Ermənistanda guya yəhudi icmasının rəhbəri
var, lakin onun Karapetyan və ya Varapetyan
kimi bir adı var. Orada yəhudilər yoxdur, azərbaycanlılar yoxdur.
Rabbi Abraham Kuper: Lakin orada antisemitizm var.
Prezident İlham
Əliyev: Bəli, əlbəttə ki, antisemitizm var. Bilmirəm, sizin bu barədə
məlumatınız var,
ya yox. Bu ilin oktyabr ayında
keçmiş Sovet İttifaqı respublikalarının
rəhbərlərinin görüşdüyü
Aşqabad şəhərində
keçirilən MDB Sammiti
çərçivəsində mövzulardan biri İkinci Dünya müharibəsində Qələbənin
75-ci ildönümünün qeyd olunması ilə bağlı idi və mən
söz alaraq dedim ki, Azərbaycan
və MDB-yə üzv olan digər
ölkələr faşizmin
pislənməsi ilə
bağlı ortaq mövqedən çıxış
edirlər. Nasistlərin
qəhrəmanlaşdırılması haqqında danışarkən
mən dedim, təəssüf ki, bizim bölgədə,
MDB məkanında faşistləri
tərənnüm edən
bir ölkə var. Mən faşistlərə
xidmət edən, Ermənistan hökuməti
tərəfindən şərəfinə
6 metr hündürlüyündə
abidə ucaldılmış
Qaregin Ter-Arutunyanın
adını çəkdim.
O, faşist Almaniyası,
müharibə vaxtında
"Almaniya uğrunda
həlak olan Ermənistan uğrunda həlak olur” ifadəsini işlədən
bir şəxs idi və bu
şəxsin müxtəlif
millətlərin, o cümlədən
yəhudilərin və
digər insanların qətlində əli olub. O, Bolqarıstanda gizli şəbəkə yaratmışdı. Casusluq şəbəkəsi
yaradılmışdı. O, həbs olunmuş, uzun müddətə azadlıqdan məhrum edilmiş və Vladimir şəhərində həbsxanada
vəfat etmişdi. Mən Ermənistanın yeni hökumətini o abidəni
sökməyə çağırdım,
çünki onu əvvəlki hökumət
ucaltmışdı. Yeni hökumət
özünü demokratik
hökumət kimi göstərir. Beləliklə, bunu göstərin, abidəni sökün.
Mənim ittihamlarım
ona qarşı deyildi, onun qondarma
inqilab nəticəsində
devirdiyi sələflərinə
qarşı idi və o, dedi: Soljenitsin də həbsdə olub və bir çox
başqa sovet dissidentləri Vladimir həbsxanasında
olublar. Beləliklə, o, faktiki olaraq
deyirdi ki, faşist qatil Soljenitsinlə eynidir.
Bundan daha səfeh bəyanatı təsəvvürə
gətirmək mümkün
deyil. Bu səbəbdən, əlbəttə
ki, biz hər şeyi olduğu kimi deməliyik. Biz bilirik ki, Amerikada,
Rusiyada, Fransada, Minsk qrupunun həmsədr ölkələrinin hamısında
erməni lobbisi var. Lakin bir həqiqət
var. Qələbənin 75-ci ildönümü ərəfəsində
biz Yerevanın mərkəzində
bu abidənin olmasına necə dözə bilərik. İndi onlar, - mən mətbuatdan eşitmişəm,
- Bolqarıstanda abidə
tikməyə çalışırlar.
Onlar birini Rusiyanın Armavir şəhərində
ucaldıblar. Çox cəsur
bir insan gəlib onun üstünə qara boya töküb və indi erməni
diasporu ona hücum edir. Onlar faşisti müdafiə edirlər. Ona görə də,
əlbəttə ki,
biz ümid edirik dünyadakı yəhudi icmaları bizim səsimizə səs verəcək və Ermənistan hökumətini
bu abidəni sökməyə məcbur
edəcəklər.
Rabbi Abraham Kuper: Xüsusilə, bildiyimiz
kimi, yanvarın sonunda Ausşvitzdə onun ildönümü münasibətilə bəlkə
də sonuncu toplantı keçiriləcək.
Dəqiq
desək, keçmiş
Sovet İttifaqı ölkələrinin əksər
rəhbərləri, onlara
bunun baha başa gəlməsinə
baxmayaraq, Hitler və silahdaşlarının məğlubiyyətində
böyük rol oynamaqları ilə fəxr edirlər. Bu, həmçinin Ermənistanın da digər dövlətlərin
sıralarına qoşulmasını
təmin etmək üçün münasib
vaxtdır. Əfsuslar olsun
ki, Avropada tarix yenidən yazılır və nasistlərin silahdaşlarına,
kütləvi qırğın
törədənlərə abidələr ucaldılır.
Prezident İlham
Əliyev: Tamamilə doğrudur.
Qələbənin 75-ci ildönümü
ərəfəsində biz, - mən siyasətçiləri,
ictimai xadimləri, dini
liderləri, QHT-ləri, medianı nəzərdə tuturam, - səylərimizi birləşdirməliyik.
Biz bir mövqedən
çıxış etməliyik. Çünki
bu, böyük təhlükədir.
Bu, təkcə tarixin
təhrif olunması demək deyil. Bu, gələcək diskriminasiya
üçün zəmin yaratmaqdır.
Azərbaycan.- 2019.- 16 noyabr.- S.3.