Dünya dini liderlərinin II Bakı Sammiti plenar iclasla işini davam etdirib
Noyabrın 15-də Dünya dini liderlərinin II Bakı Sammiti növbəti plenar iclasla işini davam etdirib.
AZƏRTAC xəbər
verir ki, Vatikanın Dinlərarası
Pontifik Şurasının
İslam ilə dialoq departamentinin sədri Xaled Akaşenin moderatorluğu ilə keçirilən iclasda çıxış
edən Əlcəzairin
Ali Dini Şurasının
sədri Bouabdellah Qlamallah dünya dini liderlərinə yaratdığı bu cür imkana görə Azərbaycan dövlətinə minnətdarlığını
bildirib. Qeyd edib ki, bu gün əsas
mövzulardan biri də Şeyxülislam Allahşükür Paşazadənin
anadan olmasının
70 illiyi və şeyxülislamlıq fəaliyyətinin
40 illiyi ilə bağlıdır.
Bouabdellah Qlamallah bildirib ki, insanlar ən
qədim zamanlardan müxtəlif dinlərə
mənsub olublar. Bu mənsubiyyət fikir ayrılığına gətirib
çıxarmamalıdır. Birgəyaşayış, dözümlülük, qarşılıqlı anlaşma
çox önəmlidir.
Yaponiyada fəaliyyət göstərən
Zen Buddizm məktəbinin
nümayəndəsi Azuma Aruşin
Azərbaycana ilk dəfə
2017-ci ildə gəldiyini
bildirib. Qonaq belə bir maraqlı görüşdə
iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, İslam dini ilə bağlı
elmi məqalələr
yazdığını diqqətə
çatdırıb. Azuma Aruşin dinlərarası
dialoqun əhəmiyyətini
vurğulayıb.
Fələstinin nümayəndəsi Mahmud Sidqi
Alhabaş Bakı Sammitinin əhəmiyyətindən
danışaraq vurğulayıb
ki, buradakı çıxışların hər
biri dialoqa səsləyir. Ona görə də
bu Sammitdə səslənən fikirlərə
ciddi diqqət yetirilməlidir.
Mardin-Diyarbəkir metrapoliti Saliba Özmen qeyd edib ki, dünyada
sabitliyin bərpası
çox önəmlidir. Bakı Sammitində
dünyada sülhün,
sabitliyin möhkəmlənməsi
ilə bağlı vacib çağırışlar
edilir və bu, böyük əhəmiyyətə malikdir.
Yepiskop Louka Əl-Khouri Şeyxülislam Allahşükür
Paşazadəni 70 illik
yubileyi münasibətilə
təbrik edib. O, həmçinin
bu cür mötəbər tədbirin
keçirilməsi təşəbbüsünə
görə Azərbaycan
Prezidentinə minnətdarlığını
bildirib. “Sammitin digər beynəlxalq tədbirlərdən fərqi
odur ki, bu tədbir dinlər və sivilizasiyalar arasında sülhün möhkəmlənməsinə
xidmət edir”, - deyə o əlavə edib.
Seneqal Prezidentinin dini işlər üzrə müşaviri Mənsur Niass dünya xalqlarına sülh, əmin-amanlıq arzularını
çatdırıb. O qeyd edib ki, İslam
dini dünya xalqlarını dostluğa
və qardaşlığa
dəvət edir. Sülh, sabitlik gələcək nəsillərin sağlam təfəkkürdə yetişməsinə
təsir edən amildir.
Avropa Ravvinlər Konqresi İcra Komitəsinin üzvü İzhaq Dayan qeyd edib ki,
Yer üzündə yaşayan bütün insanları bir ailənin üzvləri hesab etmək olar. Fikirlər fərqli
ola bilər,
lakin bu, insanlar arasında münaqişəyə səbəb
olmamalıdır.
KAİCİİD Beynəlxalq
Dinlərarası və
Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının
üzvü Məhəmməd
Əl-Şammak bildirib
ki, Bakı Sammiti dialoq, əməkdaşlıq və
qarşılıqlı anlaşmanın
təbliği üçün
yaxşı platformadır.
Biz bu imkandan
istifadə etməliyik.
Özbəkistan müftisi Osman xan Alimov özbək
və Azərbaycan xalqları arasındakı
dostluq və qardaşlıq münasibətlərindən
danışıb. O, həmçinin
hər iki ölkənin din xadimlərinin
əməkdaşlığını qeyd edib.
İndoneziya Üləmalar Şurası
Məşvərət Şurasının
başçısı Məhəmməd
Syamsəddin qeyd edib ki, Bakıda
təşkil edilən
bu Sammit dünya ictimaiyyəti üçün mühüm
dialoq platformasıdır. Sammitdə dünyanın
müxtəlif dini liderləri müzakirələr
aparmaq imkanı qazanıblar.
Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver Dünya dini liderlərinin II Sammitində bu cür önəmli müzakirələrin aparılması
üçün yaradılan
şəraitə görə
Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O qeyd edib ki, bu
gün fərqli dinlərə və millətlərə mənsub
olan insanlar bir araya gələrək
müzakirələr aparırlar.
Bu, çox böyük
əhəmiyyətə malikdir.
Azərbaycan dövləti növbəti
dəfə öz multikulturalizm siyasətini nümayiş etdirdi.
Plenar iclas müzakirələrlə
davam edib.
Azərbaycan.- 2019.- 16 noyabr.- S. 4.