Ravvin Eli Abadi: “Azərbaycan dünyada multikulturalizm dinlərarası əməkdaşlıq diyarı kimi tanınır

 

Azərbaycanın dünyada multikulturalizm, tolerantlıq dinlərarası əməkdaşlıq diyarı olduğunu nəzərə alsaq, burada Dünya dini liderlərinin II Sammitinin keçirilməsi heç təsadüfi deyil.

Müxtəlif ölkələrin din xadimlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, dini konfessiya təriqət liderlərinin bir araya gələrək sülh, qardaşlıq insanlıq naminə birgə səylər göstərməsi sevindirici haldır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin iştirakçısı, amerikalı ravvin Eli Abadi jurnalistlərə müsahibəsində deyib.

O, qeyd edib ki, dini radikalizm, fanatizm ekstremizm kimi ideyaların geniş yayıldığı bir dövrdə belə sammitlər dinlər, xalqlar ölkələr arasında əməkdaşlığın inkişaf etməsinə töhfə verəcək. Bu da öz növbəsində dünyada sülhün, əmin-amanlığın sabitliyin təmin olunduğu bir gələcəyə aparan yoldur. Mən dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi təkamülünə töhfə vermək məqsədi daşıyan bu tədbirin iştirakçısı olmaqdan çox məmnunam.

"Multikulturalizm, tolerantlıq dini dözümlülüyün dövlət siyasəti olduğu Azərbaycanın belə bir tədbirə evsahibliyi etdiyinə, həmçinin müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşaması, dini tolerantlıq dinlərarası əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”, - deyə Eli Abadi diqqətə çatdırıb.

 

Azərbaycan.- 2019.- 16 noyabr.- S. 4.