Mədəniyyət ocaqları şəhər sakinlərinin
və qonaqların asudə vaxtlarının səmərəli
təşkilində mühüm rol oynayır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda "Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsdi.
"Azərikimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə məlumat verdi ki, "Nizami” kinoteatrı üçün yeni binanın inşasına bu ilin mayında başlanılıb. Nəriman Nərimanov küçəsində yerləşən binanın ərazisi abadlaşdırılıb, ətrafda istirahət parkı salınıb. İkimərtəbəli binada hər biri 80-100 yerlik olmaqla 3 kino zalı və digər inzibati otaqlar var.
Qeyd edək ki, müasir səviyyədə yaradılan, ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təchiz olunan "Nizami” kinoteatrının yeni binasının istifadəyə verilməsi Sumqayıtın mədəni həyatında mühüm hadisədir. Bu, şəhər həyatı ilə bağlı mədəni tədbirlərin keçirilməsini daha da stimullaşdıracaq, insanların istirahətinin təşkilində əhəmiyyətli rol oynayacaq, gənclərin bu tədbirlərdə daha fəal iştirakına təkan verəcək.
Kinoteatrın qarşısında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli qoyulub.
Son illərdə
Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu islahatlar digər
sahələrlə yanaşı, mədəniyyət
sferasını da əhatə edib. Bu islahatların səmərəli nəticələrini
isə istər mədəniyyət sahəsində
çalışanların sosial-rifah
halının yaxşılaşdırılmasında, yeni mədəniyyət obyektlərinin
inşasında və mövcud
olanların müasir səviyyəyə
çatdırılmasında, istərsə də, bu sferanın maddi-texniki
bazasının möhkəmlənməsində aydın
görmək olar. Ölkəmizdə bu istiqamətdə icra olunan layihələr isə davamlı xarakter alıb. Sumqayıtda "Nizami” kinoteatrı üçün
yeni binanın inşası bunu bir daha
göstərir. Bu cür
layihələrin həyata keçirilməsi yeni
mədəniyyət ocaqlarının yaradılması
baxımından ölkəmizdə görülən işlərin
ardıcıllığını nümayiş
etdirir. Eyni zamanda, şəhər sakinlərinin və
qonaqların asudə vaxtlarının səmərəli təşkilində,
onların müasir kino
sənayesinin yeni məhsulları ilə
tanış olmasında belə mədəniyyət
ocaqları mühüm rol
oynayır.
Azərbaycan.- 2019.-22 noyabr.- S.4.