Muğamın yaşadılması, onun
gələcək nəsillərə
çatdırılması daim diqqət mərkəzindədir
Noyabrın 21-də Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.
Dövlətimizin başçısı Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, inşasına bu ilin mayında başlanılan Mərkəzin binası ikimərtəbəlidir. Burada konfrans zalı, qrim, məşq, rejissor otaqları yaradılıb. Sinif otaqlarının hamısı zəruri avadanlıqla təchiz edilib. Tamaşaçı tutumu 400 nəfər olan konsert zalında müxtəlif mədəni tədbirlərin, o cümlədən muğam gecələrinin keçirilməsi üçün hər cür şərait var. Sinif otaqlarında isə muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.
Sumqayıt Bulvarı ərazisində yerləşən Muğam Mərkəzinin ətrafı abadlaşdırılıb.
Burada yaradılan şərait bir daha təsdiqləyir ki, xalqımızın ən qədim musiqisi olan muğamın yaşadılması, onun gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Xalqın ruhundan süzülən muğamın inkişafı ilə bağlı dövlətin nümayiş etdirdiyi konsepsiya onun təbliği və dünya xalqlarına çatdırılmasında da əhəmiyyətli rol oynayır.
Son illərdə
istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda muğamın
təbliğinə dövlət səviyyəsində yüksək
diqqət göstərilir. Bu baxımdan son dövrlərdə
yaradılan Muğam mərkəzlərinin
müstəsna əhəmiyyəti var.
2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə
Füzulidə, 2018-ci ildə Ağdamda inşa olunan Muğam mərkəzləri ölkəmizdə
muğamın inkişafına mühüm
töhfələr verib. Bəşəriyyətin şifahi
və mənəvi irsinin incilərindən
olan muğamın təbliği və
inkişafı istiqamətində dövlət tərəfindən
son illərdə görülən
sanballı işlərə Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu
da tarixi töhfələr
verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir
ki, 2003-cü ildə UNESKO həm milli, həm də bəşər mədəniyyəti
üçün Azərbaycan
muğamının bədii dəyərini etiraf
edib. Muğam UNESKO-nun "Bəşəriyyətin
şifahi və qeyri-maddi
irsinin şah əsərləri”
siyahısına salınıb. Ötən illərdə Heydər
Əliyev Fondu ilə Azərbaycan
Televiziyasının birgə layihəsi əsasında "Muğam televiziya
müsabiqələri”nin keçirilməsi bu
əvəzsiz sənət nümunəsinin yaşadılması,
xalqımızın qədim yaddaşından gələn
muğamlarımızın qorunması istiqamətində mühüm hadisələr kimi
tarixə düşüb.
Azərbaycan.- 2019.-22 noyabr.- S.5.