Sumqayıt Bulvar Kompleksində bütün yaş
qruplarının istirahəti üçün
yüksək şərait yaradılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı elektromobillə Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin yeni salınmış hissəsini gəzdi.
Məlumat verildi ki, Sumqayıt Bulvarı şəhərin şimal-qərb istiqamətində 1 kilometr uzunluğunda, 400 metr enində, ümumilikdə isə 40 hektar sahədə genişləndirilib. Beləliklə, bu istirahət məkanın sahəsi 106 hektara, uzunluğu isə 5,2 kilometrə çatdırılıb. Ərazidə geniş miqyasda yaşıllıq sahəsi salınıb, müasir işıqlandırma sistemi qurulub. Park boyu 1 kilometr uzunluğunda yeni yol inşa olunub. Kompleksin yeni salınan hissəsində bütün yaş qruplarının istirahəti üçün yüksək şərait yaradılıb.
Bu gün ölkəmizdə həyata
keçirilən sosial-iqtisadi layihələrin
tərkib hissələrindən biri də
yeni istirahət guşələrinin, park və xiyabanların
yaradılmasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin
tapşırığına əsasən, bütün
şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət
guşələrinin yaradılması, mövcudlarının isə
əsaslı şəkildə yenidən qurulması istiqamətində
mühüm layihələr icra edilir. Bu istiqamətdə reallaşdırılan ən
mühüm layihələrdən biri də Sumqayıtda Dənizkənarı
bulvarın və şəhər çimərliyinin
yaradılmasıdır. Bu kompleksdəki
şərait sübut edir
ki, Azərbaycan dövləti vətəndaşların
istirahətlərini mənalı təşkil etmək, asudə
vaxtlarını səmərəli keçirmək üçün bütün
zəruri addımları atır. Xəzərin sahilindəki bu kompleks Sumqayıt şəhərinin
simasının daha da
gözəlləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir.
Azərbaycan.- 2019.-22 noyabr.- S.5.