Hüquqşünas, müəllim, alim ömrü...

 

Elm xadimləri

 

O, hər zaman inanıb ki, düzgünlüyə, haqqa-ədalətə tapınanların nəsibi sonsuz rəğbət sevgidir. Özünə münasibətdə də hər yerdə bunu görüb. Görkəmli hüquqşünas, professor Məsumə Məlikova həyat yolunu müəyyənləşdirdiyi gündən insanların haqlarını, hüquqlarını qorumağı amalına çevirib.

Buna görə də hüquqşünaslıq peşəsini seçdi, prinsipiallığı, haqsızlıqla, ədalətsizliklə barışmazlığı öz həyat devizinə çevirdi. Hüquqşünas, müəllim, alim ömrü yaşamağın məsuliyyəti ilə çalışdı. Hüquq elmləri doktoru alimlik dərəcəsini almış ilk azərbaycanlı qadın, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, əməkdar hüquqşünas... Adının qarşısında yazılan bu fəxri adlar onun uzun illik gərgin zəhmətinin, elmi araşdırmalarının bəhrəsi oldu. Və birheç zaman işlərinin çoxluğunu qayğılardan qaçmaq üçün bəhanəyə çevirmədi. Laqeydlik, biganəlik ona yad oldu. Tələbələri Məsumə Məlikovanın simasında elmdə, təhsildə güzəştə getməyən gözəl alim, tələbkar olduğu qədər də qayğıkeş müəllim, xalqına böyük məhəbbətlə bağlı bir insan tanıdılar.

M.Məlikova 1929-cu il noyabrın 22-də dəmiryolçu Fazil kişinin ailəsində dünyaya göz açmışdır. Doğulub böyüdüyü ailə ziyalı köklərə bağlı idi. Fazil kişi övladlarının hamısının mükəmməl biliyə yiyələnmələri üçün əlindən gələni əsirgəməmişdir. Həyat yoldaşı Mürqüzər xanım da ömrünü beş övladının xoşbəxtliyinə həsr etmişdi. Belə xoş mühitdə böyüyən uşaqların hərəsi bir sahəyə üz tutdu. Ailənin üçüncü övladı olan Məsumə isə hüquqşünaslığı seçdi.

Məsumə Məlikova 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nu) Hüquq fakültəsini bitirəndə onun biliyinin və zəhmətsevərliyinin şahidi olan müəllim və professorlar ona universitetdə qalıb çalışmasını təklif edirlər. Gənc hüquqşünas bu təklifi qəbul edərək ali məktəbdə pedaqojielmi fəaliyyətə başlayır.

AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Vahid Qəhrəmanov elmi şuranın qərarı ilə Məsumə Məlikovanın elmi rəhbəri təyin ediliro, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına ezam edilir.

M.Məlikovanın namizədlik dissertasiyası "M.F.Axundovun ictimai-siyasi baxışları” adlanırdı. 1956-cı ilin iyun ayında dissertasiya ilkin müzakirəyə təqdim edilir. Müdafiə həmin ilin sentyabrına təyin olunur.

Lakin bu zaman ortaya daha bir maneə çıxır. Avqust ayında keçmiş SSRİ-nin mərkəzi mətbuatında Sov. İKP MK-nın namizədlik dissertasiyaları kimi nəzərdə tutulan tədqiqat əsərləri ilə bağlı qərarı dərc olunur. Qərara görə, namizədlik dissertasiyaları qabaqcadan kitab şəklində nəşr olunmalı yalnız bundan sonra açıq müdafiəyə buraxılmalı idi.

Məsumə Məlikova üçün Moskvada buna nail olmaq çətin idi. Sentyabrda Bakıya qayıdır. Həmin vaxt "Azərnəşr”in direktoru olan yazıçı Qılman İlkin əsərin nəşrinə kömək göstərir. Beləliklə, müdafiə 1958-ci ildə baş tutur MDU-nun Elmi Şurası M. Məlikovaya hüquq elmləri namizədi alimlik dərəcəsi verir.

Qeyd etdiyimiz kimi, gənc alimin dissertasiya işi Mirzə Fətəli Axundovun ictimai-siyasi baxışlarına həsr olunmuşdu. Bu onun həm ilk monoqrafik tədqiqat kitabı idi. Həmin əsərlə milli siyasi hüquqi təlimlərin öyrənilməsinin əsası qoyulmuşdur.

Professor M.Məlikova Azərbaycanın siyasi hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir. Onun elmi fəaliyyəti barədə danışarkən onu da qeyd etmək lazımdır ki, alimin əsərləri hüquqşünaslığın iki mühüm sahəsini əhatə etmişdir. Bunlardan biri siyasi hüquqi təlimlər tarixinin tədqiqidir. Digəri dövlət hüquq nəzəriyyəsinin aktual problemlərinə həsr olunmuşdur.

Professorun doktorluq dissertasiyası "XIX əsr - XX əsrin başlanğıcında Azərbaycanda siyasi hüquqi təlimlər tarixiadlanırdı. Əslində, bu əsər alimin namizədlik dissertasiyası mövzusunun məntiqi davamı idi. Bunu deməyə hər iki əsərdəki tarixi ardıcıllıq əsas verir. XIX əsrdə XX əsrin başlanğıcında yaşayıb-yaradan mütəfəkkirlərimizin maarifçilik ideyaları M.Məlikovanın digər əsərlərində olduğu kimi, burada da elmi cəhətdən ətraflı təhlil olunmuşdur.

Məsumə xanım doktorluq dissertasiyasını 1973-cü ildə müdafiə etmiş, növbəti ildə professor adını almışdı. 15 il sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. O, AMEA-nın müxbir üzvü seçilən ilk hüquqşünas qadındır.

Məsumə xanımın elmi pedaqoji fəaliyyəti bir-biri ilə ayrılmaz vəhdət təşkil edir. Onun mənalı həyatın nurundan, zəkasından yüzlərlə gəncin ömür yollarına işıq düşmüşdür. Görkəmli alim 1958-1968-ci illərdə Hüquq fakültəsinin Dövlət hüququ kafedrasının müəllimi olmuşdur. Sonra Dövlət hüquq nəzəriyyəsi tarixi kafedrası təşkil edilmiş, 1968-ci ildə Məsumə Məlikova onun müdiri seçilərək uzun illərdir ki, bu kafedraya bacarıqla rəhbərlik edir.

Professor M.Məlikovanın Azərbaycanda hüquq elminin inkişafına verdiyi töhfələr təkcə bununla məhdudlaşmır. Bu sahədə mükəmməl, yüksəkixtisaslı kadr potensialının formalaşmasında, hüquq elminin dərinliklərinə bələd olan yeni mütəxəssislərin yetişdirilməsində bir pedaqoq, elm ustadı kimi əvəzsiz xidmətlər göstərib.

Alimin yetişdirdiyi yüksəkixtisaslı kadrlar hüquq elmimizin inkişafına, həm müstəqil Azərbayanda hüquqi dövlət quruculuğu prosesinə öz dəyərli töhfələrini verməkdədirlər. Yəqin ki, bir elm xadimi, insan üçün bundan ali mükafat ola bilməz.

Ötən illərin 60-cı illərindən etibarən professor M.Məlikovanın əsasını qoyduğu bu məktəb müvafiq sahələr üzrə genişhəcmli tədqiqat işlərinin aparılmasına rəvac vermişdir. Onun elmi rəhbərliyi ilə 35-dən artıq dissertasiya, o cümlədən 4 doktorluq dissertasiyası müdafiə edilmişdir.

M.Məlikova Azərbaycanda dövlət-hüquq quruculuğu, ölkə qanunvericiliyinin intensiv formalaşması inkişafı dövründə tarixi prosesdən kənarda qalmamış, Azərbaycanın suverenliyi haqqında 23 sentyabr 1989-cu il Konstitusiya qanununu tərtib edənlərdən biri, Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi 1978-ci il Azərbaycan SSR Konstitusiyasının 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması üzrə komissiyanın üzvü olmuşdur.

M.Məlikova bir çox tədris proqramlarının da müəllifidir. 1979-cu ildə "Azərbaycanın siyasi nəzəriyyələr tarixi”ni, 1985-ci ildə "Siyasi hüquqi nəzəriyyələr tarixi”ni , 1994-cü ildə "Müsəlman hüququnun əsasları”nı, 1996-cı ildə "Ümumi dövlət hüquq tarixi”ni, 1998-ci ildə "Dövlət hüquq nəzəriyyəsi”ni, "Azərbaycanın dövlət hüquq tarixi”ni bir sıra başqa tədris proqramlarını nəşr etdirmişdir.

Uzun illər qazandığı bilik təcrübə Məsumə xanıma "Hüquq ensiklopedik lüğəti”nin böyük müəlliflər dəstəsinə rəhbərlik etməyə imkan vermişdir. Bu lüğətdə 80-dən çox elmi məqalənin müəllifi Məsumə Məlikovadır. Bundan əlavə, "Bakı Universitetinin Xəbərlərirüblük jurnalının sosial-siyasi elmlər seriyasının redaktorudur.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra "Azərbaycan Konstitusiyası insan hüquqları”, "Azərbaycanda hüquqi islahatlar Konstitusiya Məhkəməsiadlı məqalələr yazmış hüquqi dövlət quruculuğu prosesini sürətləndirmək istiqamətində yeni təkliflər vermişdir.

Professor M.Məlikova hələ sovet dönəmindən digər müttəfiq respublikalardakı həmkarları arasında böyük hörmət nüfuza malikdir. Təsadüfü deyil ki, Rusiyanın hüquq alimləri onunla indiyədək sıx əməkdaşlıq edirlər. Bunun nəticəsində azərbaycanlı alim bir çox monoqrafik tədqiqatlarda - SSRİ Elmlər Akademiyasının nəşr etdiyi "Siyasi hüquqi təlimlər tarixiüçcildlik kitabının birinci "Qədim dünyacildində, ikinci "Orta əsrlər intibah dövrücildində XVII-XVIII əsrləri əhatə edən üçüncü cildində, eləcə Moskvada nəşr olunan "Siyasi hüquqi təlimlər tarixidərsliklərində bir sıra bölmələrin müəllifləridir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası yarandığı gündən Məsumə xanım orada iqtisadiyyat, fəlsəfə hüquq elmləri üzrə ekspert şurasının sədri olmuşdur. Eləcə Respublika Ali Məhkəməsinin Baş Prokurorluğunun elmi-məsləhət şuralarının üzvü kimi indi fəaliyyət göstərir.

Professor Məsumə Məlikovanın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Ona 1969-cu ildə Azərbaycan SSR-in Əməkdar hüquqşünası fəxri adı verilmişdir. 1976-cı ildə "Şərəf nişanıordeni, 2000-ci ildə "Şöhrətordenləri, 1985-ci ildə "Əmək veteranımedalı, bir neçə fəxri fərman, o cümlədən 1994 1999-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, 1999 2004-cü illərdə AMEA-nın, həmçinin DİN-nin fəxri fərmanları, 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi döş nişanıilə təltif edilmişdir. Prezident İlham Əliyevin 30 oktyabr 2009-cu il tarixli sərəncamına əsasən Azərbaycanda təhsilin elmin inkişafında böyük xidmətlərinə görə ona fərdi Prezident təqaüdü verilmişdir.

Bu gün Məsumə xanım yaşadığı mənalı illərə boylanıb qürur hissi keçirir. Bu qüruru ona bəxş edən təkcə övladları deyil, həm də yetişdirdiyi hüquqşünas kadrlardır. İndi onlar Azərbaycanımızın müxtəlif elmi-hüquqi müəssisələrində, hüquqi xidmət idarələrində, ədliyyə, hüquq mühafizə orqanlarında çalışırlar.

Məsumə xanım, həmçinin xalqımıza hüquq elminə aid böyük bir irs ərməğan etmişdir. Bu, Azərbaycanda və onun hüdudlarından kənarda çap olunmuş 200-dən çox monoqrafiya, dərslik, dərs vəsaiti, çoxsaylı elmi məqalələrdir. 2019-cu ildə işıq üzü görən "Hüquq nəzəriyyəsi” adlı əsəri hüquqşünasların stolüstü kitabına çevrilmişdir. Tələbələr, gənc hüquqşünaslar bu elmi xəzinədən geniş istifadə edirlər.

Böyük alimin formalaşdırdığı elmi məktəbin indi yüzlərlə davamçısı varbu, bir ustad kimi onun xidmətləridir. Məsumə xanımın elm sahəsində qazandığı uğurlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqımızın elmi potensialının daha da gücləndirilməsinə xidmət göstərmiş və göstərməkdədir. Nə vaxtsa Məsumə xanımın özünə ideal seçdiyi şəxsiyyətlər, şübhəsiz ki, olmuşdur. Bu gün isə özü 90 illik şərəfli bir ömürlə çoxları üçün idealdır. Onu özünə ideal seçən hər kəs təkcə Məsumə Məlikovadan alim olmağı deyil, həm də necə insan olmağı öyrənir.

 

Alış QASIMOV,

BDU-nun kafedra müdiri, professor

 

Azərbaycan.- 2019.-22 noyabr.- S.10.